Cari qanunvericiliyin öyrənilməsi, problemlərin hüquqi aspektlərinin dərk edilməsi və təhlil edilməsi mənim üçün əsas prioritetlərdən biri olduğundan daim öz üzərimdə çalışıram. Diqqət, dəqiqlik və etibarlılıq mənim üçün peşəkar fəaliyyətin əsas prinsipləridir. İntizamlı, araşdırmağa həvəsliyəm. Kollektivlə işləyən zaman təşkilatlanma, analitik düşünüb düzgün qərar qəbul etmə bacarıqlarım ön plandadır.
Ərizə, şikayət və sorğuların tərtib olunması; Hüquqi məsləhətlərin verilməsi; Vətəndaşların müraciətlərinin ilkin təhlili və istiqamətləndirilməsi; Hüquqi araşdırmalar və məhkəmə praktikasının izlənməsi; Digər əlaqəli işlərlə bağlı rəhbərin göstərişlərini yerinə yetirilməsi; Məhkəmə proseslərində iştirak.
Məktubların cavablandırılması; Məhkəmə materiallarının arxivləşdirilməsi; Məhkəmə qərarlarının məntiqi və hüquqi baxımdan təhlil olunması, nəticələrin ümumiləşdirilməsi; Məhkəmə proseslərində iştirak.
Sənədlərin layihələrinin tərtib olunması; Rəhbərin göstərişlərinin yerinə yetirilməsi; Vətəndaş müraciətlərinin ilkin araşdırılması və yönləndirilməsi.