Nərmin Həmidzadə

Analitik

Mənim haqqımda

Mən Nərmin Həmidzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Mechatronics və Robotics mühəndisliyi ixtisası üzrə təhsil alıram. Texnologiya, sistem mühəndisliyi və analitik düşüncə sahələrinə böyük marağım var.


Uşaqlıqdan şahmatla peşakar səviyyədə  məşğul olmuşam, müxtəlif yarışlarda ,çempionatlarda iştirak edib mükafatlar qazanmışam. Bu idman mənə strateji düşünmə, səbr və planlı qərarvermə bacarığı qazandırıb.


Universitetdə oxumaqla yanaşı, data analitika sahəsində özümü inkişaf etdirirəm — məlumatların təhlili, vizuallaşdırılması və nəticə çıxarma proseslərinə xüsusi marağım var.Hal hazırda Apex Business Schoolda Data analitika üzrə təhsil alıram .

Bundan əlavə,  Azərbaycanda ilk dəfə keçirilən robototexnika layihələrində iştirak etmişəm və Dünya Robot Çempionatı (WRC) ilə bağlı fəaliyyətlərdə maraqla yer almışam.


Mən məsuliyyətli, öyrənməyə açıq və komanda işinə dəyər verən bir gəncəm. Gələcəkdə analitik bacarıqlarımı və mühəndislik biliklərimi birləşdirərək texnologiya və innovasiya sahəsində dəyər yaratmaq istəyirəm.

Telegram kanalımız