Mənim haqqımda
Mən, Şahin Məmmədzadə, proqram mühəndisiyəm və MERN Stack üzrə ixtisaslaşmışam. 2021-ci ildə məktəbi 547.7/700 bal ilə bitirdikdən sonra Bakı Mühəndislik Universiteti və Cənubi Koreyanın INHA Universiteti arasında keçirilən İkili Diplom Proqramına qəbul olunmuşam. Hal-hazırda proqramlaşdırma üzrə biliklərimi daha da dərinləşdirir və öz layihələrim üzərində çalışıram.
İş təcrübəmə Safbazaar platformasında və Fiverr-də frilanser olaraq çalışmaq daxildir. Eyni zamanda Bank Respublikada React Developer intern kimi fəaliyyət göstərmişəm. Müştəri tələblərinə uyğun web həllər hazırlamaq, e-ticarət sistemlərinin funksionallığını genişləndirmək və real vaxt rejimində məlumat sinxronizasiyası kimi tapşırıqları uğurla yerinə yetirmişəm.
Mən həmçinin Stadion.az layihəsinin həm təsisçisi, həm də texniki direktoru (CTO) olmuşam. Əsas məqsədim daim özümü inkişaf etdirmək, yeni texnologiyalar öyrənmək və gələcəkdə sahəmin ən yaxşı mütəxəssislərindən biri olmaqdır.
Texnoloji bacarıqlarım:
HTML, CSS, JavaScript, React.js, TypeScript, Next.js, Bootstrap, Sass, Tailwind CSS, Express.js, Node.js, MongoDB
Şəxsi keyfiyyətlər:
Problemlərin həlli, komanda işi, tənqidi düşüncə, vaxtın düzgün idarə olunması və səmərəli ünsiyyət
Dil bilikləri:
Türk dili – Ana dili
Ingilis dili – B1
Koreya dili – B1
Codeacademy Frontend proqramlaşdırma