Gülşən Mustafayeva

Müəllim

Mənim haqqımda

Hörmətli Təhsil Müəssisəsi Rəhbərliyi,


Peşəkar və müasir yanaşmaya sahib olan bir məktəbdə çalışmağım mənim üçün həm şəxsi, həm də pedaqoji inkişaf baxımından böyük əhəmiyyət daşıyır. Uşaqlarla işləməyi, onların potensialını üzə çıxarmağı və onlara keyfiyyətli təhsil verməyi özümə əsas məqsəd hesab edirəm.


Mən, Gülşən Mustafayeva, ibtidai sinif müəllimiyəm. Hal-hazırda CELT Elmlər filialında ingilis dili müəllimi kimi fəaliyyət göstərirəm. Tədrisdə şagirdmərkəzli, dinamik və yaradıcı yanaşmanı ön planda tuturam. Müasir metodlardan istifadə edərək, həm fənni, həm də sosial bacarıqları inkişaf etdirməyə çalışıram. Uşaqları çox sevirəm və bu sevgi tədrisə yanaşmamda hər zaman hiss olunur.


Keçdiyim mövzulara uyğun olaraq şagirdlərlə birlikdə chartlar hazırlamaq, şeir və hekayələr yazmaq, onların təqdimat bacarıqlarını inkişaf etdirmək əsas hədəflərimdəndir. Dərslərdə intizamı qorumaqla yanaşı, uşaqlarla güvənə əsaslanan sağlam bir təlim mühiti yaratmağa çalışıram.


İnanıram ki, sizin komandanızın bir üzvü olaraq, həm məktəbinizə dəyər qata bilər, həm də öz təcrübəmi daha da zənginləşdirə bilərəm.


Hörmətlə,  

Gülşən Mustafayeva 

📞 0519960099  

✉️ [email protected]  

🗓 18.11.25

Dil bilikləriniz

İngilis — B2 — Orta inkişaf etmiş
Türk — C1 — Yaxşı

Təhsil

İş təcrübəsi

  • Celt Colleges 06.2024 - hələdə işləyirəm

    Müəllim

    İşimdəki nailiyyətlərə şagirdlərimin imtahanlarda yüksək nəticələr əldə etməsi, dil bacarıqlarının sürətlə inkişafı, hazırladığımız yaradıcılıq yönümlü layihə və təqdimatların mükafatlandırılması, eyni zamanda valideynlər və rəhbərlik tərəfindən dəfələrlə müsbət rəy almam daxildir.

Nailiyyətiniz və mükafatlarınız

  • Gülşən Mustafayeva 2024

    Peşəkar inkişafım çərçivəsində CELT Colleges tərəfindən təşkil olunan təlimlərdə iştirak etmiş və *B2 səviyyəli ingilis dili sertifikatı* əldə etmişəm. Bu, dərslərimi daha effektiv və beynəlxalq standartlara uyğun şəkildə aparmağıma imkan yaradır.

Biliklərim

İngilis dili

90%
Telegram kanalımız