Bakı
IT support specialist/Junior System/Network AdministratorIT Mütəxəssisi olaraq Windows və Linux sistemlərinin quraşdırılması və troubleshooting, şəbəkə bağlantılarının diaqnostikası, printer və ofis proqramlarının quraşdırılması, həmçinin ticketing sistemləri ilə işləmə sahəsində praktiki təcrübəyə malikəm. System Administration, GRC, Red Team və Blue Team modullarını tamamlamışam. Qısa müddətdə beynəlxalq sertifikatlarla (CompTIA Security+, CCNA, Microsoft Azure, AWS, OSCP) bacarıqlarımı gücləndirərək System/Network Administrator və SOC Analyst rollarında inkişaf etmək istəyirəm.
Kiber Təhlükəsizlik Proqramı Məzunu (2024–2025) — proqramı fərqlənmə ilə (92 bal) tamamlamışam. Tədris müddətində Şəbəkə və Təhlükəsizlik əsasları, Sistem mühəndisliyi, Etik Hakerlik, Təhlükəsizlik mühəndisliyi, İT idarəetməsi, Risk və Uyğunluq sahələrində dərslər keçmişəm. Yekun layihəm Active Directory və Domain Controller konfiqurasiyası ilə yanaşı SOC analitikləri üçün insidentlərin idarə olunması mövzularını əhatə edib.
İT infrastruktur intern kimi kompüter, printer, proyektor və digər periferik cihazların texniki baxışı və sazlanmasını həyata keçirmişəm. Şəbəkə kabellərinin çəkilməsi və test edilməsi, LAN/Wi-Fi bağlantılarının yoxlanması və problemlərin aradan qaldırılması üzrə praktiki təcrübəm var. Tələbə cihazlarına proqram təminatının quraşdırılması, istifadəçi sorğularının (login, e-poçt və s.) həlli və dərs zamanı yaranan texniki problemlərin operativ aradan qaldırılması.
IT Support işlərimə şəbəkə naqili başlıqlarının dəyişdirilməsi, loop problemlərinin həlli, sistem imici tətbiqi, Windows əməliyyat sisteminin quraşdırılması, həmçinin Office proqramları və printer drayverlərinin quraşdırılması daxildir. İstifadəçilərə gündəlik texniki dəstək göstərərək şəbəkə və proqram təminatı ilə bağlı yaranan problemləri operativ şəkildə həll edirəm.