Elektroenergetika mühəndisiyəm. Yüksək və alçaq gərginlikli avadanlıqların istismarı, dispetçer idarəetməsi və enerji təchizatı sistemlərinin təhlükəsizliyi üzrə təcrübəm var. Hazırda Azərişıqda yüksək gərginlik sahəsində növbətçi mühəndis, həmçinin Neft Fondunda elektrik mütəxəssisi kimi çalışıram. Məsuliyyətli, operativ qərar vermə bacarığına malik, texniki standartlara ciddi riayət edən bir mütəxəssisəm.
Elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək. Briqadanın təlimatlandırılması, iş yerinin hazırlanması və işə buraxma. Şəbəkə rayonunun YG y/st-larının PQ- larında qəza və qeyri-normal rejimlərin aradan qaldırılması, sifarişlər əsasında y/st avadanlıqlarında cari təmir və profilaktika işləri üzrə əməliyyatlar. Naryad və sərəncamla işləmək, işləri təşkil etmək. Avadanlıqlara texniki baxışın keçirilməsi, planlı cari təmir işlərini icra etmək, yüklərə və gərginli
İnzibati binanın tam elektrik təchizatına dair sistemin işlək vəziyyətdə saxlanılmasına nəzarət etmək. Binanın elektrik təsərrüfatının fasiləsiz enerji təchizatını təmin etmək. TM-nin 10/6/0.4 kV-luq avadanlıqlarına,generator,UPS, kompensasiya və gərginlik tənzimləyici qurğulara,mühərriklərə,AHU,fankoyl sistemlərinə,elektrik panolarına və işıqlandırmalara,yanğın sısteminə texniki nəzarətin aparılması və yaranmış qüsurların qeyd olunması, nasazlıqların aradan qaldırılması. Təşkilat tərəfi