Bakı
Mobile development (Mobil proqramlaşdırma)Belarus Dövlət İnformatika və Radioelektronika Universitetində “Proqramlaşdırılabilən Mobil Tətbiqlər” ixtisası üzrə ali təhsil almışam. Təhsil aldığım müddətdə proqramlaşdırma məntiqi, obyekt yönümlü yanaşma və digər proqramlaşdırma sahələrində ümumi biliklər əldə etmişəm. Bir ildən artıqdır ki, Android sahəsində özümü inkişaf etdirirəm və tətbiqlər üzərində işləyərək biliklərimi davamlı şəkildə artırıram.
Java dili haqqında məkumatım var, lakin əsasən Kotlin dilində, MVVM və Clean Architecture prinsiplərinə uyğun layihələr qururam. Coroutines, Jetpack komponentləri, REST API, Retrofit, Room, Firebase, Dependency Injection və s. kimi texnologiyalarla işləyirəm.
Mənim üçün yaxşı kod, oxunaqlı, genişlənə bilən və uzunmüddətli istifadəyə uyğun olan koddur.
Komanda ilə birlikdə işləmək, fikir mübadiləsi aparmaq və bir-birimizdən öyrənmək məni həqiqətən həyəcanlandırır. Daim öz üzərimdə işləməyə, yeni texnologiyalar öyrənməyə və daha yaxşı nəticələr əldə etməyə həvəsliyəm. Dinamik və güclü komandanın bir hissəsi olaraq həm inkişaf etmək, həm də mobil məhsullara real dəyər qatmaq istəyirəm.