4 ildən artıq ümumi təcrübəyə malik web developerəm və hazırda frilans formatda əlavə layihələr üzərində işləmək üçün açığam.
Bu müddət ərzində müxtəlif sahələr üzrə web saytlar və veb sistemlər hazırlamışam. Layihələrimdə əsas məqsədim yalnız işləyən deyil, eyni zamanda etibar yaradan və uzunmüddətli istifadə oluna bilən həllər təqdim etməkdir.
Saytın həm görünən tərəfini, həm də arxa sistemini bütöv şəkildə düşünürəm. Hazırladığım saytlar sürətli, stabil və problemsiz işləyir.
Backend sahəsində PHP (Laravel) və Django ilə geniş təcrübəm var. Admin panellər, istifadəçi sistemləri, müraciət və sifariş mexanizmləri, məlumat bazası strukturları qururam.
Frontend tərəfdə isə Vue.js, React və Next.js ilə müasir, rahat və mobilə uyğun interfeyslər hazırlayıram.
Hazırda frilans olaraq:
qısa və uzunmüddətli layihələr
mövcud saytların inkişafı və təkmilləşdirilməsi
texniki problemlərin həlli üzrə təkliflərə açığam.
Hazırda Safaroff Agency-də Senior Software Developer olaraq çalışıram. Böyük və davamlı layihələrin backend arxitekturasının qurulması, mövcud sistemlərin optimizasiyası və texniki qərarların verilməsində aktiv rol alıram.