Mən təsviri incəsənət sahəsində fəaliyyət göstərən, uşaqlarla işləməyi sevən və yaradıcılığa xüsusi önəm verən bir rəsm müəllimiyəm. Rəsm, rəng duyumu və estetik baxışın formalaşdırılmasını uşaqlara sevdirərək öyrətməyi əsas məqsədim hesab edirəm. Dərslərimdə uşaqların yaradıcılıq qabiliyyətini sərbəst şəkildə ifadə etməsinə və özünə inam qazanmasına diqqət yetirirəm.
Rəssamlıqla yanaşı, keramika sənəti ilə də məşğulam. Keramika qabların (çaska, sushi qabları və s.) hazırlanması, forma və materialla işləmək təcrübəm var. Bu sahədəki biliklərimi də dərslərimdə tətbiq edərək uşaqlara həm əl bacarıqları, həm də incəsənətə fərqli baxış qazandırıram.
Səbirli, məsuliyyətli və ünsiyyətciləm. Yaş qrupuna uyğun proqram hazırlamağı, yaradıcı fəaliyyətləri maraqlı və öyrədici formada təqdim etməyi bacarıram. Məktəbəqədər və ibtidai yaşlı uşaqlarla işləməkdə maraqlıyam və bu sahədə özümü daim inkişaf etdirməyə açığam.