
Bakı
Şöbə müdiriMən Məmmədov
Ruslan Məmməd oğlu 24 avqust 1977-ci ildə Şuşa şəhərində anadan olmuşam.
1983-cü ildə 2 saylı orta məktəbin 1-ci sinifin rus bölməsinə daxil olmuşam.
Qarabağ müharibəsi ilə əlaqədar olaraq 1992-ci il tarixində Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsində məsgünlaşmışıq.
1994-cü
ildə Xəzər rayonu 230 saylı orta məktəbini bitirmişəm (rus bölməsin).
1997-ci
ildə Azərbaycan Dövlət İqtisad Universitetin Əmtəə bazarı və onun xidmət sahəsinin
(Kommersiya) fakultəsinə daxil olmuşam. 2001-ci ildə Bakalavr dərəcəsi alıb
Maqistraturaya qəbul olmuşam. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad
Universitetini Maqistr dərəcəsi diplomu ilə bitirmişəm.
2000-ci
ilin sentyabr ayından Yeni Azərbaycan Partiyasının fəal üzvü olmuşam. 2005-ci
il tarixində Yeni Azərbaycan Partiyasının xətti ilə Azərbaycan Respublikasının
Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının “Azərbaycan Respublikasının
Gənclər siyasəti” fakultəsinə qəbul olmuşam (ixtisasartıma).
2000- ci
ilin sentyabr ayında Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatına “maliyyə
və uçot” üzrə təlimatçı vəzifəsinə işə qəbul
olmuşam.
2005-ci ildən 2010-cu ilədək YAP Xəzər rayon təşkilatının
Aparat rəhbəri vəzifəsində çalışmışam, 2010-cu ilin aprel ayından 2018-ci ilin
sentyabr ayınadək baş məsləhətçi vəzifəsində çalışmışam. 2018-ci ilin sentyabr
ayından öz xaişimlə tutduğum vəzifədən azad olmuşam.
2018-ci
ilin oktyabr ayından Xəzər rayonu Şağan qəsəbə Bələdiyyəsində vergi şöbəsinin
müdiri vəzifəsində çalışıram.
Ailəliyəm:
Qardaşım – Məmmədov Eldəniz Məmməd oğlu 1973-cü ildə anadan olub. Qarabaq uğrunda döyüşərək 1992-ci ildə Şuşa şəhərində Şəhid olmuşdur.
Çox fəal, təcrübəli və təşkilatçı işçi olmuşam
Çox fəal, təcrübəli və təşkilatçı işçi olmuşam