Gülşən Əzimli

Development (Proqramlaşdırma)

Mənim haqqımda

Mən bakalavr təhsilini bitirmiş bir gənc olaraq aktiv iş axtarışındayam. Kompüter elmləri ixtisasını fərqlənmə ilə başa vurmuşam. İxtisasım üzrə biliklərimi dərinləşdirmək üçün İKT-LAB təhsil mərkəzində “Sıfırdan peşəkar proqramlaşdırma” təlimlərini bitirmişəm. Kurs müddətində C# proqramlaşdırma dilinin dərinliklərini, backend proqramlaşdırmanı, Obyekt Yönümlü Proqramlaşdırmanın əsaslarını, düzgün kod yazma prinsiplərini, kod yazmaq üçün lazımlı dizayn prinsiplərini, T-SQL sorğu dilini, Ms SQL serverlə işləməyi, məlumat strukturlarını, algoritmləri, desktop və web proqramların back-end hissəsinin 0 dan yazılmasını, proqramın database hissəsinin qurulmasını öyrənmişəm. Asudə vaxtlarımı texniki biliklərimi dərinləşdirmək üçün kurslar və proqramlara qoşulmağa sərf edirəm. Bilik və bacarıqlarımı artırmaq üçün self-study şəkildə öyrənməyə davam edir və öyrəndiklərimi tətbiq edə biləcəyim kiçik layihələr üzərində çalışmağı sevirəm.

Dil bilikləriniz

İngilis — B1 — Orta
Türk — C2 — Səlis

Təhsil

İş təcrübəsi

Telegram kanalımız