Murad Memmedov

Şebeke administratoru

Mənim haqqımda

Mən, Murad Məmmədov, informasiya texnologiyaları sahəsində formalaşmış bilik və bacarıqlarımı şəbəkə inzibatçısı vəzifəsində tətbiq etmək məqsədilə namizədliyimi təqdim edirəm.


İnformasiya texnologiyalarına marağım yeniyetmə yaşlarımdan başlayıb və xüsusilə şəbəkə sistemləri, Wi-Fi təhlükəsizliyi və proqram təminatının texniki tərəfləri üzrə özümü inkişaf etdirməyə çalışmışam. Bu maraq məni Azərbaycan Texniki Universitetində İnformasiya Texnologiyaları ixtisası üzrə ali təhsil almağa yönləndirdi. Təhsil aldığım müddətdə biliklərimi daha da dərinləşdirmək məqsədilə STEP IT Academy-də şəbəkə və kibertəhlükəsizlik istiqaməti üzrə əlavə təhsil almışam.


Tədris prosesi ərzində şəbəkə infrastrukturunun qurulması və idarə olunması, müxtəlif texniki problemlərin analizi və operativ həlli kimi praktiki bacarıqlar əldə etmişəm. CCNA sertifikatını qazanmış, həmçinin Cisco NetAcad platformasında bir sıra əlavə sertifikatlar əldə edərək nəzəri və praktiki biliklərimi möhkəmləndirmişəm.


Diplom layihəmiz komanda şəklində icra olunmuş və mən layihə meneceri kimi fəaliyyət göstərmişəm. Vaxt planlaması, tapşırıqların düzgün bölgüsü və ümumi prosesə nəzarət mənim məsuliyyətimdə olub. Eyni zamanda sistem administratoru rolunda şəbəkə infrastrukturunun qurulması və konfiqurasiyasını həyata keçirmişəm. Layihənin topologiyası PNETLab platformasında hazırlanmış və yekunda layihəmiz uğurla müdafiə olunmuşdur.


Universitetdə təhsil aldığım dövrdə SABAH qruplarına qəbul imtahan və müsahibə mərhələlərini uğurla keçərək bu proqramda təhsil almaq hüququ qazanmışam. Bu təcrübə mənə daha rəqabətli və akademik baxımdan güclü mühitdə inkişaf etmək imkanı yaradıb.


Bununla yanaşı, debat klublarında və müxtəlif İT yönümlü təlim və seminarlarda iştirak edərək komanda işi, liderlik və ünsiyyət bacarıqlarımı inkişaf etdirmişəm.


Hesab edirəm ki, əldə etdiyim nəzəri bilik və praktiki təcrübə şəbəkə inzibatçısı vəzifəsinin tələblərinə cavab verir. Məqsədim real iş mühitində məsuliyyətli və səmərəli fəaliyyət göstərərək təşkilatınıza töhfə vermək və peşəkar inkişafımı davam etdirməkdir.


Namizədliyimə baxdığınız üçün təşəkkür edir, müsahibə mərhələsində özümü daha ətraflı təqdim etmək imkanı əldə etməyi arzulayıram.


Hörmətlə,

Murad Məmmədov

Dil bilikləriniz

İngilis — B2 — Orta inkişaf etmiş
Azərbaycan — C2 — Səlis
Türk — C1 — Yaxşı

Təhsil

  • Kurslar

    "Vision Academy"

    General English

  • Kurslar

    Təhsil müəssisəsi qeyd olunmayıb. 2025

    Fakültə qeyd edilməyib / Şebeke ve kibertehlükesizlik

Biliklərim

Şebeke

80%

Sistem administratoru

75%
Telegram kanalımız