Aytac Mustafayeva

Təcrübə

Mənim haqqımda

Mən, Mustafayeva Aytac, təqdim etdiyim CV vasitəsilə müəssisənizdə uyğun vakansiya üzrə çalışmaq istəyimi bildirmək istərdim. Bakı Slavyan Universitetində ibtidai sinif müəllimliyi ixtisası üzrə bakalavr, Bakı Qızlar Universitetində isə pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr təhsili almışam.

Təhsil müddətində və sonrakı iş fəaliyyətimdə həm pedaqoji sahədə, həm də insan resursları istiqamətində praktiki təcrübə qazanmışam. Hədəf STEAM Liseyində və NM Education Academy-də ibtidai sinif və məktəbəqədər hazırlıq üzrə fəaliyyət göstərmiş, şagirdlərin təlim-tərbiyə prosesində inkişafına dəstək olmuşam. Hazırda isə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində insan resursları üzrə təcrübə proqramında iştirak edirəm və əməkdaşların sənədləşməsi, elektron məlumat bazasının idarə olunması, e-hökumət sistemlərinə məlumatların daxil edilməsi kimi proseslərdə iştirak edirəm.

Məsuliyyətli, diqqətli və çevik qərarvermə bacarığına sahib bir insanam. Kompüter proqramlarında, xüsusilə MS Word və MS Excel-də yüksək səviyyədə işləmək bacarığım var. Yeni iş mühitinə tez uyğunlaşmaq, kollektivlə səmərəli əməkdaşlıq etmək və qarşıya qoyulan vəzifələri dəqiq və vaxtında yerinə yetirmək mənim əsas üstünlüklərimdəndir.

Sizin təşkilatda çalışaraq bilik və bacarıqlarımı daha da inkişaf etdirməyə, eyni zamanda kollektivinizə faydalı olacağıma inanıram. Müraciətimin nəzərə alınacağına ümid edir və müsahibə mərhələsində özümü daha ətraflı təqdim etmək imkanı qazanacağımı ümid edirəm.

Telegram kanalımız