Azərbaycan Dillər Universitetində beynəlxalq münasibətlər ixtisası üzrə təhsil almışam və magistratura pilləsində də biliklərimi daha da inkişaf etdirmişəm. Təhsil müddətində analitik düşünmə, ünsiyyət və problem həll etmə bacarıqlarımı gücləndirmişəm.
Əvvəlki iş təcrübəmdə kompüter proqramları ilə işləmə, məlumatların idarə olunması və operativ qərarvermə kimi bacarıqlar əldə etmişəm. Microsoft Word, Excel və PowerPoint proqramlarından sərbəst istifadə edirəm. Eyni zamanda Azərbaycan dilini mükəmməl, ingilis dilini B2 səviyyədə bilirəm.
Məsuliyyətli, diqqətli və insanlarla işləməyi bacaran biri olaraq, kollektivdə səmərəli fəaliyyət göstərməyə inanıram. Qarşıma qoyulan vəzifələri vaxtında və keyfiyyətlə yerinə yetirməyə çalışıram.
İngilis dili üzrə Upper Intermediate level B2 Dövlət qulluğu üzrə sertifikat