Anar Guseynov

Jurnalist

Mənim haqqımda

Mən kommunikasiya, media və ictimai ünsiyyət sahələrinə böyük maraq göstərən və bu istiqamətdə inkişaf etməyə çalışan bir mütəxəssisəm. Peşəkar fəaliyyətim ərzində həm media, həm də xidmət sektorunda çalışaraq insanlarla effektiv ünsiyyət qurmaq, informasiya ilə işləmək və müxtəlif auditoriyalarla əlaqə yaratmaq bacarıqlarımı inkişaf etdirmişəm. Media sahəsində əldə etdiyim təcrübə geniş olmasa da,  televiziya mühitində çalışaraq reportajların hazırlanmasında, informasiya toplanmasında və müsahibələrin təşkilində iştirak etmişəm. Media sahəsində işləmək mənim üçün yalnız bir peşə deyil, həm də böyük maraq və motivasiya mənbəyidir. Bundan əlavə, bir neçə il qonaqpərvərlik sektorunda çalışaraq müxtəlif ölkələrdən olan insanlarla ünsiyyət qurmaq və yüksək səviyyəli kommunikasiya bacarıqları əldə etmişəm. Bu təcrübə mənə insanlarla rahat əlaqə qurmağı, müxtəlif situasiyalarda düzgün və operativ qərarlar verməyi və stresli mühitdə effektiv işləməyi öyrədib. Hesab edirəm ki, bu bacarıqlar televiziya və media mühitində işləmək üçün də olduqca vacibdir. Dil biliklərim mənim əsas üstünlüklərimdən biridir. Azərbaycan dilini ana dili səviyyəsində, rus dilini sərbəst, ingilis dilini isə upper-intermediate (B2) səviyyəsində bilirəm. Bu isə müxtəlif mənbələrdən informasiya əldə etmək və fərqli auditoriyalarla rahat ünsiyyət qurmaq imkanı yaradır. Bundan əlavə, ictimai çıxış və yaradıcılıq sahəsində də aktivəm. Teatr layihələrində iştirak edirəm və səhnə təcrübəsi qazanıram. Bu fəaliyyətlər mənim özümü ifadə etmə bacarığımı, səhnə və kamera qarşısında sərbəst davranmağımı və yaradıcılıq düşüncəmi daha da inkişaf etdirir. Mən özümü məsuliyyətli, kommunikativ və daim inkişaf etməyə çalışan bir insan hesab edirəm. Media və televiziya sahəsində peşəkar fəaliyyət göstərmək, yeni təcrübələr qazanmaq əsas məqsədimdir.

Dil bilikləriniz

Azərbaycan — C1 — Yaxşı
Rus — C2 — Səlis
İngilis — B2 — Orta inkişaf etmiş

Təhsil

İş təcrübəsi

Telegram kanalımız