Yüksək məsuliyyət hissinə və nizam-intizama malik bir mütəxəssis kimi, fəaliyyətimi hər zaman peşəkarlıq, dürüstlük və etik davranış çərçivəsində qururam. Özümü şifahi şəkildə səlis və inandırıcı ifadə etmək bacarığım hədəflərimə çatmaqda mənə kömək edir.
İstifadəçi kompüterlərinə nəzarət və ortaya çıxan problemlərin operativ həlli. İT avadanlıqlarının və şəbəkənin düzgün qurulması və xidmətə yararlığının təmin edilməsi. Ümumi sistem və tətbiqi proqram vasitələrininin (əməliyyat sistemləri, ofis proqramları və s.) qurulması və düzgün işləməsinə nəzarət. Avadanlığın müəyyən olunmuş İT təhlükəsizlik standartlarına uyğun sazlanması.
Quyunun təmirə hazırlanması, ərazinin təmizlənməsi və quyuağzı avadanlıqların yerləşdirilməsinə nəzarət. Boru və ştanqların yığılması, sökülməsi, quyuya endirilməsi və qaldırılması. Səyyar qaldırıcılar və dorlarla işləməklə, ağır yüklərin qaldırılması və quraşdırılması. Neft-qaz sənayesində təhlükəsizlik qaydalarına (əmək mühafizəsi) ciddi əməl etmək.
Yüklərin sahildən gəminin bortuna, gəmnin bortundan sahilə yüklənib boşaldılması.