Bakı
Bank sahəsiAzərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə 3-cü kurs tələbəsiyəm. Universitetə 505 balla qəbul olunmuşam və hazırda 95 ortalama ilə təhsilimi davam etdirirəm. Maliyyə sahəsində nəzəri biliklərimi praktiki bacarıqlarla gücləndirməyə xüsusi önəm verirəm.
Təhsil müddətində əldə etdiyim bilikləri real mühitdə tətbiq etmək məqsədilə ABB Bankın Rəqəmsal Maarifləndirmə Təcrübə proqramında 3 ay iştirak edərək bank sektorunun rəqəmsal xidmətləri və müştəri yönümlü yanaşmalar üzrə ilkin təcrübə qazanmışam.
Analitik düşünmə, məsuliyyətli yanaşma və öyrənməyə açıq olmaq əsas güclü tərəflərimdir. Maliyyə və bankçılıq sahəsində özümü inkişaf etdirərək gələcəkdə bu istiqamətdə peşəkar karyera qurmağı hədəfləyirəm.
Maliyyə sahəsində fundamental biliklərə sahib olan və bu sahədə praktiki təcrübə qazanmağa can atan bir gəncəm. Mühasibat uçotunun əsasları, maliyyə hesabatlarının təhlili və büdcə planlaması kimi mövzularda akademik hazırlığım var. MS Office proqramlarından yüksək səviyyədə istifadə edirəm. Məqsədim dəqiqlik və məsuliyyət tələb edən maliyyə proseslərində iştirak edərək şirkətinizə dəyər qatmaqdır.
İş zamanı müştərilərə mobil tətbiq üzərindən yardım edərək növbə aparatı vasitəsilə növbələr vermiş,terminalda ödənişləri həyata keçirməyə dəstək olmuşam.
Bu mənim özümü inkişaf etdirməyimdə böyük dəstək oldu
Kompüter biliklərimi inkişaf etdirməkdə yardımçı oldu
Təşkilatçılığımı inkişaf etdirməkdə yardımçı oldu