Mən Bakı Dövlət Universitetinin İnformasiya Təhlükəsizliyi ixtisası üzrə 4-cü kurs tələbəsiyəm (ÜMOG: 93.8)
Peşəkar maraqlarım və bacarıqlarım:
SOC və Blue Team: Splunk və QRadar SIEM platformalarında log analizi, Sigma detection rule-ların yazılması və avtomatlaşdırılmış təhdid monitorinqi
İnfrastruktur Müdafiəsi: Active Directory-nin (Tier 0) zirehlənməsi, XDR və WAF sistemlərinin tətbiqi, həmçinin təhdid kəşfiyyatının (CTI) API vasitəsilə təhlükəsizlik sistemlərinə inteqrasiyası
Tədqiqat və Analiz: Zərərli proqramların (Malware) analizi, simulyasiyası və deteksiyadan yayınma texnikalarının araşdırılması
Şəxsi keyfiyyətlərim:
Kritik vəziyyətlərdə soyuqqanlılığı qorumaq, mürəkkəb texniki problemləri analitik yanaşma ilə həll etmək və komanda daxilində effektiv kommunikasiya qurmaq ən güclü tərəflərimdir
Boş vaxtlarımda CTF (Capture The Flag) yarışlarında iştirak edir, kiber-laboratoriyamda yeni müdafiə ssenariləri üzərində işləyirəm