Mən 20 yaşlı tələbəyəm və hazırda Dövlət Gömrük Komitəsinin Akademiyası-nda İnformasiya Təhlükəsizliyi ixtisası üzrə 3-cü kursda təhsil alıram. İT sahəsinə, xüsusilə də kibertəhlükəsizlik və şəbəkə texnologiyalarına böyük marağım var. Bu istiqamətdə biliklərimi inkişaf etdirmək üçün əlavə olaraq Cisco Certified Network Associate (CCNA) sertifikatını əldə etmişəm.
Texnologiyalara maraqlı, daim öyrənməyə açıq və özünü inkişaf etdirməyə çalışan biriyəm. Gələcəkdə informasiya təhlükəsizliyi sahəsində peşəkar mütəxəssis kimi fəaliyyət göstərməyi hədəfləyirəm.
Şəbəkə texnologiyaları üzrə dünyada ən tanınmış başlanğıc səviyyəli peşəkar sertifikatlardan biridir və Cisco Systems tərəfindən verilir. Bu sertifikat kompüter şəbəkələrinin qurulması, idarə olunması və təhlükəsizliyinin təmin edilməsi üzrə əsas bilik və bacarıqları təsdiqləyir. CCNA çərçivəsində əsasən bu mövzular öyrədilir: Şəbəkə əsasları (IP ünvanlama, OSI modeli) Router və switch-lərin konfiqurasiyası VLAN, routing və switching prinsipləri Şəbəkə təhlükəsizliyi (firewall, access control) Troubleshooting (nasazlıqların tapılması və aradan qaldırılması) Əsas avtomatlaşdırma və proqramlaşdırma anlayışları Bu sertifikata sahib olmaq o deməkdir ki, sən kiçik və orta ölçülü şəbəkələri qura, idarə edə və problemləri həll edə biləcək səviyyədə biliklərə maliksən.