Mən, Zəhra Hüseynova, Bakı Slavyan Universitetində Beynəlxalq Münasibətlər ixtisası üzrə təhsil almışam. Təhsil və iş təcrübəm ərzində məsuliyyət, təşkilatçılıq və kollektivlə işləmə bacarıqlarımı inkişaf etdirmişəm.
“Kontakt Home” şirkətində koordinator vəzifəsində çalışarkən sənədləşmə, müştəri müraciətlərinə cavablandırma və departamentlərarası koordinasiya işlərini uğurla icra etmişəm. Bundan əlavə, Xarici İşlər Nazirliyində təcrübəçi kimi HR prosesləri ilə yaxından tanış olmuşam.
Mən HR və ofis idarəçiliyi sahəsində karyeramı inkişaf etdirmək niyyətindəyəm və inanıram ki, bacarıqlarım və öyrənməyə həvəsim sizin komandanıza dəyər qatacaq.
Sizə qoşulmaq imkanını səbirsizliklə gözləyirəm.
Hörmətlə,
Zəhra Hüseynova
Tel: +994 51 363 20 10
E-mail: [email protected]