Əli Mehraliyev

Laborant

Mənim haqqımda

Mən Bakı Dövlət Universiteninin Kimya ixtisasında təhsil alan IV kurs tələbəsiyəm. Təhsilim müddətində ixtisasıma uyğun müəyyən nəzəri və praktiki biliklər əldə etməyə çalışmış və hələ də davam edirəm. Nəzəri biliklərə fokuslanmamın nəticəsində GPA 92.90 olmuş və bu bacarığımı praktiki olaraq Azərsun HoldinqdəGƏLƏCƏKSƏN layihəsində keyfiyyət təminatı üzrə təcrübəçi inspektor kimi 2.5 ay müddətində istifadə etmişəm. Bundan əlavə, universitet tərəfindən təşkil olunmuş praktikada ( kataliz, aşqarlar və neft kimya ) instutlarında təcrübədən keçmişəm. Təhsil həyatımdan əlavə bəzi hobbilərim vardır, futbol oynamaq və izləmək, kitab oxumaq və musiqi dinləyib oxumaq. Həmçinin bir müddət kikboksinq ilə də məşğul olmuşam. İxtisasım üzrə Azərbaycan Mühandislər Birliyinin təşkil etdiyi Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş olimpiadada iştirak etmiş və 4 nəfərdən ibarət komandamla III yerə layiq görülmüşəm.

Dil bilikləriniz

İngilis — B2 — Orta inkişaf etmiş
Türk — B2 — Orta inkişaf etmiş
Azərbaycan — C1 — Yaxşı
Azərbaycan

Təhsil

  • Ali təhsil

    Bakı Dövlət Universiteti (BDU) 2026

    KIMYA / Kimya

    Əsasən Analitik, Üzvi və Fiziki kimyaya xüsusi marağım olmuşdur. III kursda Analitik kimyada azobenzollar üzrə müəyyən fotometrik ölşmələr etmiş və IV kursda Diplom işi kimi Zn(II) ionunun yeni üzvi reagentlə kompleksəmələəgəlməsinin tədqiqi mövzusunda təcrübi və nəzəri araşdırma etmişəm. Bu mövzuda V Elmi Respublika Konfransında təqdimat etmişəm.

İş təcrübəsi

  • Azərsun Holding 07.2025 - 09.2025

    Keyfiyyət təminatı üzrə inspektor

    Bu şirkətin əsas mərkəzi ( fiziki-kimyəvi analiz) laboratoriyasında qeyd etdiyim müddətdə keyfiyyət təminatı üzrə inspektor kimi çalışmışam. Bu müddət ərzində HPLC, GC-MS , AES, Spektrofotometriya və turbidimetriya kimi müasir analiz cihazları ilə və digər titrimetrik, gravimetrik analiz üsulu ilə analizlər aparmışam. Həmçinin rəhbərimin araşdırma qabiliyətimi artırmağım məqsədilə mənə verdiyi mövzularda araşdırma etmiş və həmən mövzuda təqdimatlar hazırlamışam.

Nailiyyətiniz və mükafatlarınız

  • Qaz Xromatoqrafiyası təlimi 2025

    Təlimdə Qaz xromatoqrafiyası haqqında nəzəri biliklər əldə etmiş və təşkil olunan imtahandan uğurla keçmişəm. Cihazın işləmə prinsipi, qanunauyğunluqları və tətbiq sahələri haqqında biliklərə yiyələndim.

  • Yüksək performanslı maye xromatoqrafiya 2024

    Bu təlimdə HPLC-in iş prinsipi, cihazın hissələri (kolon, rezervuar və s,) tətbiq sahələri haqqında biliklər əldə etmiş və əldə etdiyim nəzəri bilikləri Azərsun Holdinqdə uğurla praktikaya tətbiq etdim. Bu təlimdən sonra təskil olunan imtahanda 100% nəticə göstərdim.

  • "Laboratoriyadan Sənayəyə" kursu 2025

    5 ayrı dərsdən ibarət olan bu kursda iştirak edərək kimyanın həm mühandislik həm da laboratoriya sahəsinə dair müəyyən informasiyalar qəbul etmiş və sonda təşkil olunmuş imtahanda 95% nəticə göstərmişəm.

  • Gələcəyin mühəndisləri təqaüd proqramı Kimya-Laboratoriya kursu.. DİPLOM 2025

    8 ayrı kimya təlimindən ibarət olan bu kursda Təlimçilər tərəfindən verilən biliklərə yiyələnmiş. 1) Kimyada laboratoriyalara giriş 2) Spektroskopiya 3)Xromatoqrafiya və ayrılma texnologiyaları 4) Analitik kimya və titirləmə metodları 5) Neft kimyası 6) Polimer kimyası 7) Su kimyası və analizi 8) Sement kimyası

  • Ümumi laboratoriya cihazları təlimi 2025

    Bayramlı Group tərəfindən təşkil edilmiş bu praktiki təlimdə cortex aparatı, dozatorlar və digər laboratoriya cihazlarının işləmə prinsipi və onlarla işləmə qaydası haqqında öyrəndim.

  • Gələcəksən Təcrübə proqramı. Sertifikat 2025

    Azərsun Holdinq tərəfindən təşkil edilmiş bu layihədə sonda şirkət tərəfindən sertifikatla təltif edildim.

Biliklərim

Bəzi MS paketi proqramları Word, Powerpoint və Excel ilə işləməyi bacarıram.

0%
Telegram kanalımız