ELNUR HÜSEYNLİ

Bakı

Maliyyə və mühasibatlıq

Mənim haqqımda

8+ illik praktiki təcrübəyə malik baş mühasib və maliyyə mütəxəssisiyəm. Xidmət, tikinti və kommersiya sahələrində mühasibat uçotunun sıfırdan qurulması, vergi və maliyyə hesabatlarının hazırlanması, həmçinin banklar və maliyyə qurumları ilə kredit və qarantiyalar üzrə işlərin icrası istiqamətində təcrübəyə sahibəm. Vergi risklərinin idarə olunması, cash flow nəzarəti və auditə hazırlıq sahələrində güclü praktiki bilik və bacarıqlara malikəm. 

Dil bilikləriniz

İngilis — B2 — Orta inkişaf etmiş
Türk — C1 — Yaxşı
Azərbaycan — C2 — Səlis

Təhsil

  • Magistr

    Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2016

    “İqtisadiyyat və menecment” departamenti / İnvestisiyanın iqtisadi qiymətləndirilməsi

    Təhsil müddətində investisiya layihələrinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi, maliyyə modelləşdirilməsi, investisiya risklərinin təhlili, biznes planlaşdırma, korporativ maliyyə, maliyyə təhlili və strateji qərarvermə sahələrində dərin nəzəri və praktiki biliklər əldə etmişəm. Magistr təhsilimi fərqlənmə (qırmızı) diplomu ilə başa vurmuşam.

  • Ali təhsil

    Azərbaycan Dövlət Neft Akademiyası 2014

    “İqtisadiyyat və menecment” departamenti / Sənayenin təşkili və idarə edilməsi

    Sənayenin Təşkili və İdarə Edilməsi ixtisası üzrə bakalavr təhsili almışam. Təhsil müddətində iqtisadiyyat, menecment, istehsal proseslərinin təşkili, müəssisələrin idarə olunması, planlaşdırma, maliyyə və iqtisadi təhlil sahələrində fundamental nəzəri və praktiki biliklər əldə etmişəm. Müəssisələrin fəaliyyətinin səmərəli təşkili, resursların idarə olunması və iqtisadi göstəricilərin təhlili istiqamətində biliklərə malikəm.

İş təcrübəsi

  • POVERLUST MMC 11.2024 - 03.2026

    Baş mühasib

    -Təchizat, tikinti və marketinq istiqamətləri üzrə şirkətin mühasibat və vergi uçotunun tam idarə olunması; -ƏDV, mənfəət və gəlir vergisi üzrə risklərin qabaqlayıcı təhlili və cərimə risklərinin minimuma endirilməsi; -Debitor və kreditor borclarına nəzarət mexanizminin qurulması; -Cash flow planlaşdırılması və rəhbərliyə aylıq maliyyə hesabatlarının təqdim edilməsi; -Banklar və maliyyə qurumları ilə kredit və qarantiyalar üzrə sənədləşmənin aparılması.

  • Balxurma MMC 03.2022 - 08.2024

    Mühasib

    -İstehsalat uçotu və məhsullar üzrə maya dəyərinin hesablanması; -300+ nəfərlik heyət üzrə əmək haqqı və ƏMAS uçotu; -Anbar qalığının optimallaşdırılması nəticəsində artıq xərclərin azaldılması; -Debitor-kreditor balansının aylıq nəzarətdə saxlanılması; -Səhmdarlara aylıq maliyyə hesabatlarının təqdim edilməsi.

  • CARAT CONS MMC 04.2021 - 03.2022

    Mühasib

    -Konsaltinq layihələri üzrə mühasibat və vergi uçotunun aparılması; -Müştəri şirkətlər üçün maliyyə və vergi hesabatlarının hazırlanması; -Vergi risklərinin təhlili və uyğunsuzluqların aradan qaldırılması; -Müqavilələr üzrə maliyyə öhdəliklərinin izlənilməsi; -Bank və vergi orqanları ilə rəsmi yazışmaların aparılması.

  • HÜNƏR İNŞAAT FİRMASI 01.2021 - 03.2021

    İnsan resursları üzrə mütəxəssis

    -İşçilərin qəbul, xitam və kadr sənədlərinin hazırlanması; -Əmək müqavilələrinin ƏMAS sistemində qeydiyyatı; -Əmək haqqı, məzuniyyət və iş vaxtı uçotunun aparılması; -Tikinti sahəsində çalışan işçilər üzrə kadr bazasının formalaşdırılması; -Əmək qanunvericiliyinə uyğunluğa nəzarət.

  • 6-CI MƏRTƏBƏ Müstəqil Şirkəti 07.2019 - 01.2021

    Aparıcı mühasib

    -Tikinti layihələri üzrə maliyyə və vergi uçotunun aparılması; -Podratçı və subpodratçılarla hesablaşmaların nəzarəti; -Vergi və audit yoxlamalarına hazırlıq prosesində iştirak; -Maliyyə hesabatlarının rəhbərliyə təqdim edilməsi.

  • MURAD-T MTK 05.2020 - 03.2021

    Mühasib

    - Tikinti layihələri üzrə mühasibat və vergi uçotunun aparılması; - Podratçı və subpodratçılarla aparılan hesablaşmalara nəzarət; - Tikinti materialları və görülmüş işlər üzrə xərclərin uçotu; - Vergi və maliyyə sənədlərinin yoxlamalara hazırlanması; - Debitor və kreditor borclarının aylıq monitorinqi.

  • MADO ER MMC 11.2017 - 01.2019

    Əməliyyatçı mühasib

    -Gündəlik kassa, bank və əməliyyat sənədlərinin uçotu; -Satış dövriyyəsinin və nağd pul axınının nəzarətdə saxlanılması; -Anbar qalığı və məhsul hərəkətinin uçotu; -Aylıq maliyyə nəticələrinin formalaşdırılmasında iştirak; -İlkin mühasibat sənədlərinin düzgünlüyünün təmin edilməsi.

Nailiyyətiniz və mükafatlarınız

  • PMS 1 MHBS (89 bal) 2026

    Peşəkar Mühasib Sertifikatı

  • Mühasibat uçotu və 1C – İNNAB Tədris Mərkəzi 2019

    Mühasibat uçotu və 1C proqramı üzrə praktiki təcrübəyə malikəm. Maliyyə-təsərrüfat əməliyyatlarının uçotunun aparılması, ilkin sənədlərin işlənməsi, vergi və maliyyə hesabatlarının hazırlanması, debitor və kreditor borclarının uçotu, bank və kassa əməliyyatlarının həyata keçirilməsi, həmçinin 1C proqramında uçot məlumatlarının idarə olunması sahələrində təcrübəyə sahibəm.

  • ACCA F3 (AZ) - Four Reason Consulting 2023

    ACCA F3 (Financial Accounting) proqramı üzrə biliklərə malikəm. Maliyyə uçotunun əsas prinsipləri, ikili yazılış sistemi, maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi, aktiv, öhdəlik, kapital, gəlir və xərclərin uçotu üzrə nəzəri və praktiki biliklərə sahibəm.

  • Bank işi – Azər Türk Bank ASC 2016

    Azər Türk Bank ASC-də bank əməliyyatları, müştəri xidmətləri və maliyyə sənədlərinin işlənməsi proseslərində iştirak etmişəm. Müştəri hesablarının açılması və idarə olunması, ödəniş tapşırıqlarının icrası, bank məhsulları üzrə məlumatlandırma, sənəd dövriyyəsinə nəzarət və bankdaxili prosedurlara uyğun əməliyyatların aparılması sahələrində təcrübə qazanmışam.

Biliklərim

1C 7.7 / 8.2 / 8.3 (tam mühasibat və əmək haqqı)

95%

Microsoft Office

80%

Logix (anbar və əməliyyat uçotu)

80%
Telegram kanalımız