
Bakı
Insan resurslariKomandada işləmək bacarığı. Daim öyrənmək, inkişaf etmək istəyi. Asanlıqla işgüzar və peşəkar əlaqələr qurmaq bacarığı. Qərar vermə bacarıqları. İş vaxtını səmərəli planlaşdırmaq və idarəetmə bacarığı. Detallara diqqət. İdmanla məşğul oluram. Futbol oynayıram.
2 illik ixtisas artırma kurslarını fərqlənmə diplomu ilə bitirmişəm.
İşə qəbul olmaq istəyən namizədlərlə görüş, vəzifəyə uyğun olmaları, psixoloji durumları ilə bağlı söhbətlərin aparılması, işə qəbulla bağlı bütün sənədlərinin toplanması, qəbul olunan işçilərin qeydiyyata alınması. Umumilikdə kadr fəaliyyətinin aparılması. Eyni zamanda işçilərin davamiyyəti və davranışları ilə bağlı işin aparılması. İdarələrdə kompleks yoxlamaların aparılması.
Şirkət tərəfindən qoyulmuş Sağlamlığın Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) standartlarına, müəyyən olunmuş prosedur və qaydalara tam riayət edilməsinə nəzarət; Baş vermiş hadisələrin yerində araşdırılması və təhlil olunması; Sahəyə daxil olan texnikaların sənədlərinin toplanması və inspeksiyasının heyata keçirilməsi; Təhlükəsiz İş icraatı məsələlərinə dair görüşlərdə və tədbirlərdə iştirak; Yüksəklikdə gedən işlərin və işçilərin təhlükəsiz və düzgün işləmələrinə nəzarət.
Tikintiyə nəzarət şöbəsi ilə birgə işin qurulması. Hər bir qeydiyyata alınan işçilərlə görüş, işçinin vəzifəyə uyğunluğunun müəyyən edilməsi, qəbul sənədlərinin hazırlanması və yoxlanılması prosedurunun həyata keçirilməsi. Şirkət tərəfindən əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qoyduğu standartlara, müəyyən olunmuş prosedur və qaydalara tam riayət edilməsinə nəzarət edilməsi. Sahəyə daxil olan texnikaların sənədlərinin toplanması və inspeksiyasının heyata keçirilməsi.