
Yazmağı çox sevirəm. Kreativ düşüncə tərzinə malik və yenilikçiyəm. Incəsənət sahəsində aktrisalıq etməyi yaxşı bacarıram. Bu həyatda Yaradan tərəfindən mənə verilən ən böyük vergi səlist və avtomatik şəkildə danışmaq bacarığıdır. Belə ki, Natiqlik bacarığımın yüksək olması təlimçilik fəaliyyətimdə də mənə kömək edib. Çox uzun yaza bilərəm bacarıqlarım haqqında ancaq digərlərini iş mühitində göstərməyin tərəfdarıyam
Çox aktiv və sosial biriyəm. Qrup rəhbəri, koordinator olaraq çalışmışam və buna çox sevinmişəm. Olduğum qurumlarda hər zaman iştirakçıları birliyə səsləmişəm. Mən lider olmuşam, bos deyil)
Uşaqlarla münasibətim çox yaxşıdır. Onlar mənə etibar edib, öz sirlərini bölüşürlər. Mənə söz verən dəcəl uşaqlar artıq özlərində dəyişikliklər etməyə başlayıblar. Bundan əlavə dərsə uzun saç və saqqallı gələn bir şagirdim heç kəsin sõzüylə saqqalını və saçını kəsmirdi, ancaq mənə söz verdikdən sonra bunu etdi. Həyəcanlı şəkildə otağıma gələn şagirdlərimi sakitləşdirib göndərmişəm dərslərinə. Aralarında problem olan 2 qızı barışdırıb düşmənçilikdən uzaqlaşdırmışam. Bağça dövrûndə hiperaktiv uşa