
Mən, Zeynalov Rasim əsəd oğlu 25 yanvar 1964-cü ildə Yevlax rayonunda anadan olmuşam, təhsilim ali (GDU nun tarix fakültəsi və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəçiliyi fakültəsi), 1999-2005-ci illərdə Yevlax şəhər bələdiyyəsinin üzvü və sədr müavini seçkili vəzifəsində, 2001-2005 ci illərdə Avropa Şurası YRHKonqresində Azərbaycan nümayəndə heyətinin daimi üzvü (Strasburq-Fransa) olaraq fəaliyyət göstərmişəm. İngilis və rus dillərində səlis, fransız dilində kafi səviyyədə danışa, yaza və oxuya bilirəm.
Azərbaycanda Yerli Özünüidarənin Hüquqi Əsasları adlı kitabın (Bakı, QANUN nəşriyyatı, 2011) həmmüəllifiyəm. Aran Humanitar Regional İnkişaf İctimai Birliyi (QHT) İdarə Heyətinin üzvüyəm, vətəndaş cəmiyyəti layihələrin hazırlanması üzrə mütəxəssis olaraq bir slra milli, yerli və regional layihələrin iştirakçısı olmuşam. Azərbaycan Respublikasında keçirilən seçkilərdə (Prezident, Parlament, bələdiyyə) beynəlxalq təşkilatlarda (ATƏT, ODİHR və s.) tərcüməçi olmuşam. Hazırda televizya jurnalisti, redaktor vəzifəsində çalışıram. https://www.youtube.com/watch?v=oud0pRM8MN4
Xoşladığım məşğuliyyətlər: Rəssamlıq (portret, şarj və s.), mütaliə (tarixi romanlar, siyasi ədəbiyyat), klassik musiqi dinləmək, səyahət.
Dövlət İmtahan Komissiyasının 28/06/1985 ci il, 20854 № li qərarı ilə MB № 011906 saylı DİPLOM verilib.
Dövlət İmtahan Komissiyasının 17/03/2001-ci il 342№ li qərarı ilə Dövlət sənədi.
https://www.youtube.com/watch?v=xXF1uEYhBpM https://www.youtube.com/watch?v=svSJrC-Hl-s&t=31s
Layihələrin icra müddəti bitdiyi üçün fəaliyyətlər dayanıb.
Az.R. Seçki Məcəlləsinə əsasən seçkili orqanların səlahiyyət müddəti bitdiyinə görə fəaliyyətə xitam verilib.
Yevlax rayonu üzrə təhsil, səhiyyə və mədəniyyət idarələrinin fəaliyyətinin kurasiyası
Azərbaycanda Yerliözünüidarənin hüquqi əsasları kitabının həmmüəllifiyəm.