
ADU-nun magistraturasında qiyabi şöbədə təhsil almışam. Universitetini fərqlənmə ilə bitirmişəm.
Əyani şöbədə bakalavr təhsili almışam.
Şirkət daxili məktub və sənədlərin tərcüməsi ilə məşğul olurdum.
Qəzetin fəaliyyəti dayandırıldığından işdən azad olundum. Redaksiya daxili sənədlərin qeydiyyatdan keçirilməsi, gələn qonaqların qarşılanması, internetdən məlumatların rus və ingilis dillərindən azərbaycan dilinə tərcümə olunmasıyla məşğul olmuşam.
Tərcüməçi-müxbir kimi fəaliyyət göstərmişəm. İnternetdən rus və ingilis dilindən məqalələrin azərbaycan dilinə tərcümə olunması, qonorarlarln hesablanması və işçilərin maaş və qonorarlarının verilməsi,ingilis dilində yazıların çap olunması ilə məşğul olmuşam.
İngilis dili müəllimi kimi fərdi repetitorluqla məşğul olmuşam. Həmin ildən başlayaraq freelancer kimi fəaliyyət göstərirəm. Online şəkildə fed.az saytına məqalələr tərcümə edib yerləşdirirəm.