Bakı
Enerji Məsələlərini Tənzimləmə Agentliyi• elektrik sahəsi üzrə qanunvericilik aktlarının, inkişaf konsepsiyalarının, məqsədli proqramların hazırlanmasında təkliflər vermək;
• istehlakçıların elektrik təchizatında kəsintilərə dair limitlərin müəyyənləşdirilməsi və müvafiq qaydaların hazırlanmasında iştirak etm
• enerji sahəsində fəaliyyət göstərən dövlət müəssisələrində hər il üçün yanacaq-enerji resurslarının istifadəsi zamanı enerjiyə qənaət planı üzrə təşkilati-texniki tədbirlərin yerinə yetirilməsi üçün təkliflər vermək;
• enerji təchizatı şəbəkələrində, habelə enerji verilməsində, qurğularda, avadanlıqlarda baş vermiş hadisələrin, yaxud istismar olunan avadanlığın sıradan çıxması hallarının qarşısının alınması üçün təşkilati-texniki tədbirlərin hazırlanmasında iştirak etmək;
• iş bölgüsünə əsasən müvafiq sahə üzrə məlumatları toplayıb təhlil aparmaq və nəticə olaraq təklilər vermək;
• vəzifəsini yerinə yetirmək üçün səlahiyyəti daxilində Agentliyin digər strukturlarından zəruri məlumat və sənədlər almaq;
• şöbənin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə eyni sahədə fəaliyyət göstərən beynəlxalq mütəxəssislərlə (ekspertlərlə) təcrübə mübadiləsi aparmaq və təkliflər vermək;
• şöbə müdirinin tapşırığı ilə digər təşkilatlarda, iclas, seminar, konfrans və müşavirələrdə Agentliyi təmsil etmək;
• Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin etmək;
• Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
• Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək
• Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
• İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84
• Elektroenergetika və istilik energetikası üzrə texniki ali təhsil və ixtisas profilinə uyğun 3 ildən az olmayaraq iş təcrübəsi;
• Yaş həddi 25-40 aralığı;
• Microsoft Office proqramı üzrə hesabatları, arayış və təqdimatları yüksək səviyyədə hazırlamaq bacarığına malik olmalıdır;
• Müvafiq sahə üzrə qanunvericilik aktlarını və standartları bilməlidir;
• Texniki şərtləri, texniki tapşırıqları və digər sənədləri qarşılıqlı müqayisə etmək bacarığı;
• Azərbaycan dilini səlis bilməli, ingilis və ya rus dilini yüksək səviyyədə;
• Fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti;
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini [email protected] poçt ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Texniki normativ tənzimləmə şöbəsi – Böyük mütəxəssis (Enerji üzrə)) qeyd edin.
Yeni vakansiyaları operativ almaq üçün Telegram-kanalımıza qoşulun