Qapı aksessuarları sahəsində lider olmağı bacaran LADOR şirkəti müştərilərə keyfiyyətli məhsul və yüksək xidmət göstərmək üçün bütün gücünü ortaya qoyur. Komanda işini üstün tutaraq, kollektivə lazımi şərait yaradılır və hər kəsin öz sahəsində inkişafı və işini düzgün yerinə yetirməsi üçün dəstək göstərilir.
Hörmətli namizəd, əgər sən də özünü inkişaf etdirmək, yeniliklər olan mühitdə çalışmaq və bacarıqlarını artırmaq istəyirsənsə, səni bizim komandada görməkdən məmnun olarıq.
- İş qrafiki: Həftə ərzində 5 gün, iş saatları 09:00-dan 18:00-dək
- Nahar fasiləsi verilir
- AR Əmək Məcəlləsi əsasında sənədləşmə
- İcbari tibbi sığorta
- Ünvan: Əhməd Rəcəbli 27b (Şəki restoranının yaxınlığı)
- Maaş: 800-1200 (bilik və bacarıqlardan asılı olaraq da yüksək ola bilər)
- Şirkətin hədəf auditoriyasını anlamaq üçün onu daim təhlil etmək və faydalı məlumatları
aşkar etmək
- Bazarda şirkətin tanıtımını artırmaq və imicini möhkəmləndirmək məqsədi ilə kreativ
kontentlər yaratmaq və müxtəlif platformalarda yerləşdirmək (sosial şəbəkələrdə,
şirkətin saytında, email paylaşım və.s)
- Yeni müştərilərin sayını artırmaq üçün müxtəlif reklam kampaniyalarını yaratmaq və
onları idarə etmək (sosial şəbəkələrdə, google-da və digər platformalarda)
- Şirkətin reklam fəaliyyətini mütəmadi olaraq təhlil etmək və onun effektivliyini
qaldırmaq
- Müştəri məmnunluğunu artırmaq məqsədi ilə daim müştərilər ilə əlaqədə olmaq, onları
sorğulamaq, fikirlərini və istəklərini öyrənmək