Forenzika araşdırmaları və insidentlərə cavab üzrə ekspert/ İnformasiya Təhlükəsizliyi Şöbəsi / Məlumat Təhlükəsizliyi və İnsidentlərin İdarə Edilməsi Bölümü)

Bakı

Azercell

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Müəyyən edilmiş prosedur və metodologiyalara əməl edərək, təhlükəsizlik insidentləri, potensial məlumat təhlükəsizliyi pozuntuları və digər əlaqəli hadisələrlə bağlı forenzika araşdırmalarının aparılması
  • Təhlil, təhqiqat və qarşısı alınma tədbirləri daxil olmaqla, lazım gəldikdə insidentlərə cavab tədbirlərinin görülməsi və qarşısının alınması
  • Sənaye standartı ilə müəyyən olunmuş vasitə və üsullardan istifadə edərək kompüterlər, mobil cihazlar, bulud xidmətləri və şəbəkə loqları daxil olmaqla müxtəlif mənbələrdən rəqəmsal dəlillərin toplanması, təhlili və qorunaraq saxlanması
  • Müdaxilə indikatorlarını (IOCs), potensial zərərli proqram təminatı və digər forenzika artefaktlarını müəyyən etmək üçün rəqəmsal dəlillərin təhlil edilməsi və insidentlərə cavab tədbirləri və hüquqi prosesləri dəstəkləmək üçün tapıntıların təmin edilməsi.
  • Bütün araşdırmalarda ardıcıllığı və dəqiqliyi təmin etmək üçün forenzika araşdırması prosedurları və metodologiyalarının hazırlanması və saxlanması, təhlükəsizliyin ən müasir təcrübələrinə əsaslanaraq proseslərin davamlı olaraq qiymətləndirilməsi və təkmilləşdirilməsi
  • Nəticələrin sənədləşdirilməsi, ətraflı hesabatlar hazırlanması və tələb olunduqda nəticələri maraqlı tərəflərə və rəhbərliyə, o cümlədən texniki qruplar, biznes bölmələri, hüquq qrupları və hüquq-mühafizə orqanlarına təqdim edilməsi.
  • Tələb olunduqda məhkəmə proseslərində ekspert rəyinin təqdim edilməsi və rəqəmsal dəlillərin məhkəmədə qəbul edilməsini təmin etmək üçün hüquq qrupları ilə əməkdaşlıq edilməsi
  • Araşdırma imkanlarını təkmilləşdirmək üçün inkişaf edən rəqəmsal forenzika texnika və vasitələrdən xəbərdar olub və ümumi insidentlərə cavab vermək imkanlarını artırmaq üçün digər komandalarla biliyin paylaşılması.
  • Təhlükəsizlik insidentlərini və potensial məlumat təhlükəsizliyi pozuntularını (sızıntı) müəyyən etmək və onlara cavab vermək üçün insidentlərə cavab, təhdid kəşfiyyatı və təhlükəsizlik əməliyyatları daxil olmaqla digər təhlükəsizlik qrupları ilə əməkdaşlıq edilməsi.
  • Araşdırmalar və dəlillərlə bağlı bütün məlumatların və informasiyanın ciddi məxfiliyini və bütövlüyünü qorunması, bütün müvafiq qanunlara, qaydalara və daxili siyasətlərə uyğunluğun təmin edilməsi.

Xüsusi tələblər

  • Ali Təhsil (İnformasiya Texnologiyaları və ya İnformasiya/Kiber Təhlükəsizliyi/Tətbiqi Riyaziyyat/Kibernetika/Kompüter Elmləri), magistr dərəcəsinə üstünlük veriləcək;
  • Dil bilikləri: Azərbaycan və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı, rus dili – üstünlük verilir
  • Təhlükəsizlik İnsidentlərinin İdarə Edilməsi, Kibertəhlükəsizlik və ya İnformasiya Təhlükəsizliyi sahəsi və SOC mühiti üzrə minimum 3 il;
  • SIEM, XDR və EDR alətləri ilə işləmək üzrə geniş təcrübə;
  • Araşdırma vasitələri ilə təcrübə ( Forensic Imaging Tools, Forensic Software Suites, File and Email Analysis Tools, Network Forensic Tools, Memory Forensic Tools, Data Recovery Tools  və s.)
  • Kibertəhlükəsizlik sahəsində istifadə olunan “best practice”-lər, təhlükəsizlik texnologiyaları və NIST, ISO kimi təhlükəsizlik standartlarını bilməli.
  • Müxtəlif mühitlərdə təhlükəsizlik nəzarət və tədbirlərinin dizaynı və həyata keçirilməsi üzrə təcrübə.
  • Stakeholder-lərlə səmərəli əməkdaşlıq etmək üçün güclü kommunikasiya bacarıqları
  • Mürəkkəb təhlükəsizlik problemlərini analiz edə bilərək effektiv həllər təqdim etmək bacarığı
  • GDPR, SOX kimi uyğunluq təlimatları barədə məlumatlı olmaq
  • Layihə idarəetmə bacarıqları
  • Yüksək ünsiyyət və komandada işləmək bacarıqları;
  • Yenilikçi və daima inkişaf etmək təşəbbüsünün olması.
  • Yaranan problemləri tez bir zamanda həll etmək bacarığı;
  • Qərarvermə, analitik təhlil və yekun nəticəyə yönəlmə bacarığı;
  • Peşəkar Sertifikatlara üstünlük verilir (CHFİ, CCNA, RHCSA, Comptia Security+, CySA+, CASP, CİSSP, CİSM və s.);


Seçim mərhələləri:

  • CV-nin nəzərdən keçirilməsi
  • İxtisas Testləri
  • Yetkinliklər/Texniki bacarıqların yoxlanmasına dair Müsahibə


Deadline for applicants 29th April 2025 12:00 PM


Telegram kanalımız