• Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə, Nizamnamə, Təlimatlara və Mərkəzin Baş Direktorunun əmrlərinə uyğun işçilərin qəbulu, başqa vəzifəyə keçirilməsi, işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi.
• İşçilərin məlumatlar bazasının doldurulması.
• Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi.
• Həftəlik və aylıq hesabatların hazırlanması.
• Ştat cədvəlinə əsasən mövcud vakant yerlərə nəzarət.
• Vakansiyaya uyğun namizədlərin seçilməsi.
• Əmrlərin yazılması (məzuniyyət, ezamiyyət, əvəzçilik, işə qəbul, işdən çıxma, intizam məsuliyyətinə cəlbetmə haqqında və s.).
• İşçilərlə onların əmək müqavilələrində qeyd edilmiş şərt və müddəalara, yerli qanunvericiliyə, eləcə də prosedurlarına müvafiq olaraq ədalətlə və vicdanla rəftar edildiyini təmin etmək.
• Mərkəz daxilində bütün işçilərə nəzarət etmək, şöbənin əməliyyatlar üzrə təlimatında müəyyən edildiyi kimi düzgün xidmət standartları və metodlarının həyat keçirilməsini təmin etmək.
• Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq.
• İşçilərin maddi və intizam məsuliyyətinə cəlb olunması üçün materialların hazırlamaq.
• Mərkəz tərəfindən istifadə olunan proqramda işci bazasının işlənməsi
• Ali təhsilli
• Müvafiq sahədə 4+ il təcrübə
• Azərbaycan Respublikası Əmək Məcəlləsi üzrə biliklər,
• Elektron Hökumət Portalı ilə işləmək bacarıqları
• Ofis proqramlarını mükəmməl bilməli
• Ünsiyyət,davranış, komandada işləmək, idarəetmə bacarıqları.
• Xarici dil bilikləri - İngilis və Rus dili
• Yaş həddi 30-45
Yeni vakansiyaları operativ almaq üçün Telegram-kanalımıza qoşulun
Bakı
Razılaşma yolu ilə