Əməliyyat Texnologiyaları üzrə aparıcı mühəndis

Bakı

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Proqram təminatı mühəndisliyi üsulları istifadə olunaraq, Əməliyyat ehtiyacları çərçivəsində ən yüksək keyfiyyətdə məhsul və ya xidmətləri inkişaf etdirmək və ya təchizatçı şirkətlərin onları təkmilləşdirməsini təmin etmək;
  • Təşkilati standartlara uyğun olacaq şəkildə analiz, texniki layihələndirmə, kodlaşdırma fəaliyyətlərini həyata keçirmək və ya təchizatçı şirkətlərin onları inkişaf etdirməsini təmin etmək;
  • İstismar Texnologiyalarının sistem və proses inteqrasiyalarını layihələndirmək, istifadəyə vermək, fəaliyyətini izləmək İnteqrasiya platformasının interfeys ehtiyaclarını analiz etmək, sənədləşdirmək, əlaqədar interfeyslərin istifadəyə verilməsini təmin etmək, təkmilləşdirmək;
  • Yeni tələblərin mərkəzləşmiş olaraq idarə olunmasını və istifadəyə verilməsini təmin etmək Bu çərçivədə əlaqədar layihələrə aid işlər həcmi sənədi hazırlanmasına, layihənin idarə olunmasına, istifadəyə verilməsi, xidmət kimi ucdan-uca bütün proseslərin yerinə yetirilməsinə kömək etmək;
  • İstehsal, texniki xidmət, təmir və s. kimi SDM’in ana qollarının istifadəçiləri tərəfindən ehtiyac duyulan və əlaqədar sistemlərdəki məlumatların birləşməsindən yaranacaq hesabatların təkmilləşdirilməsini təmin etmək, prosesi idarə etməyə köməklik və lazım olduqda təkmilləşdirilməsini təmin etmək. Bu çərçivədə, İş Bölməsi tələbləri baxımından hesabat vermək və əlaqədar hesabat proseslərini analiz etmək, ehtiyacları müəyyən etmək, hesabatların istifadəyə verilməsi və aktivləşdirilməsi proseslərini idarə etməyə kömək etmək;
  • İstismar Texnologiyaları üzrə sistem inteqrasiya standartlarını müəyyən etmək, istifadəyə verilən interfeyslərin bu standartlar çərçivəsində həyata keçirilməsini təmin etmək;
  • İstismar texnologiyaları BI/BO interfeyslərinə aid analizləri etmək, istifadəyə verilmə proseslərini planlamaq, idarə etməyə kömək etmək və tətbiq etmək;
  • Məsuliyyət sahəsi daxilindəki istismar texnologiyaları proseslərinə aid texniki spesifikasiyaları hazırlamaq, ehtiyacları müəyyən etmək, onların izlənməsini həyata keçirmək və düzgün şəkildə istifadəyə verilməsini təmin etmək;
  • Məsuliyyət sahəsi daxilində sistemlərin fəaliyyət müddətinin idarə edilməsi, tələblərin müəyyən edilməsi, həyata keçirilməsi;
  • Məsuliyyət sahəsi çərçivəsində tətbiqləri dəstəkləmək, inkişaf etdirmək və təkmilləşdirmək, fəaliyyət dövrünü idarə etmək, fəaliyyət yaratmaq və istiqamətləndirmək;
  • Müvafiq yeni proqram layihələrinin və əlaqəli inteqrasiya proseslərinin lazım gəldikdə tədarükçülər və ya onların komandası tərəfindən məsuliyyət çərçivəsində həyata keçirilməsini təmin etmək;
  • Biznes bölmələrindən gələn tələblərin standartlara uyğun təhlili, uyğun həll yollarının axtarılması, mümkün həll yollarının qiymətləndirilməsi, təhlil və ehtiyac sənədlərinin yaradılması, hazırlanacaq inkişaf üçün texniki identifikasiya sənədlərinin yoxlanılması, onların hazırlanması və hesabat verilməsinin təmin edilməsi;
  • Məsul olduğu sahə ilə bağlı prosedurların müvafiq standartlar çərçivəsində qurulmasını, sənədləşdirilməsini və lazım gəldikdə yenilənməsini təmin etmək;
  • Təchizatçının Əməliyyat ehtiyacları çərçivəsində müəyyən edilmiş gözləntilərə və ehtiyaclara uyğun olaraq proqram təminatının təkmilləşdirilməsi və inteqrasiyası proseslərini həyata keçirməsini təmin etmək və bu prosesləri idarə etmək;
  • Məsuliyyət sahəsi daxilində verilənlər bazası sistemlərini idarə etmək və standartlaşdırmanı təmin etmək;
  • Səlahiyyətinə aid olan işlərlə əlaqədar bağlı olduğu vəzifəni tutan şəxsə müntəzəm və effektiv hesabat vermək.

Xüsusi tələblər

  • Müvafiq sahə üzrə bakalavr və ya magistr təhsili (Kompüter Mühəndisliyi, Proqram Mühəndisliyi, Kompüter Elmləri);
  • Əlaqədar sahədə minimum 5 il iş təcrübəsi;
  • Web Xidmətləri İnkişafı (REST/SOAP API);
  • OOP Dilləri (C#, .NET və ya Java);
  • Skript Dilləri (Javascript və ya NodeJS və ya Python);
  • FE Texnologiyaları (React JS və ya Angular və ya Vue JS və ya Flutter);
  • DBMS (SQL / No-SQL);
  • Hesabat Xidmətləri (SSRS və ya Tableau və ya Metabase);
  • DevOps - CI/CD Bilgisi;
  • Vizualizasiya Platformaları (Power BI və ya Dundas BI və ya Google Charts və ya Highcharts);
  • Middleware/Məlumat İnteqrasiyası Bilgisi (Apache Ni-Fi və ya Biztalk);
  • Mikro Xidmətlər;
  • SDLC;
  • Layihə İdarəetməsi (Waterfall, Agile-Scrum);
  • JIRA / Confluence Bilgisi;
  • Təchizatçı İdarəetməsi.

Oxşar vakansiyalar

Telegram kanalımız