Şirkətin öyrənmə və inkişaf siyasətinə əsasən təlim və inkişaf prosesinin təşkili və idarə edilməsi;
Şirkət üçün illik təlim planının hazırlanması və idarə edilməsi;
Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
Təlim planına əsasən illik təlim büdcəsini müəyyən etmək və səmərəli şəkildə idarə etmək;
İşçilərin təlimlərə cəlbedilməsi və təlimlərdə iştiraklarının təmin edilməsi məqsədi ilə kommunikasiya strategiyasını qurmaq;
İşçilərin səmərəli oriyentasiya və adaptasiya proqramlarını həyata keçirmək və təşkilinə nəzarət etmək;
Davamçılıq siyasəti üzrə davamçıların müəyyənləşdirilməsi, təlim və inkişaf proqramlarının hazırlanması və icrasının təmin edilməsi;
Şirkət daxilində sorğuların (məsələn, engagement survey) hazırlanması və həyata keçirilməsində iştirak etmək;
Performans qiymətləndirmə sistemində hədəf və məqsədləri özündə cəmləşdirən fəaliyyət modelinin yaradılmasını təmin etmək, əsas fəaliyyət göstəricilərinin, əsas səriştələrin ölçülməsinə nəzarət etmək;
Performansın ölçülməsi, yarımillik izləmə, il sonu qiymətləndirmə və feedback mexanizmləri daxil olmaqla, fəaliyyətin qiymətləndirilməsi sistemlərinin layihələndirilməsi və icrası;
Daxili kommunikasiya prosesini və platformasını inkişaf etdirmək;
Şirkət daxilində tədbirlərin təşkilini planlaşdırmaq və həyata keçirmək;
İnsan resurslarının digər strateji layihələrində iştirak etmək.
Xüsusi tələblər
İnsan resursları, biznesin idarə edilməsi və ya müvafiq sahədə ali təhsil
Təşkilati inkişaf, insan resursları və ya əlaqəli sahələrdə ən azı 5 il iş təcrübəsi
Liderlik və idarəetmə bacarıqları, komanda ilə effektiv işləmə qabiliyyəti
Strateji düşünmə və qərar qəbul etmə qabiliyyəti
Yüksək analitik bacarıqlar və problem həll etmə qabiliyyəti
Kommunikasiya və təqdimat bacarıqları
İnsan resursları üzrə müasir yanaşmalara və təcrübələrə bələd olmaq
Performansın idarə edilməsi konsepsiyaları, metodologiyaları haqqında məlumatlılıq
Müxtəlif inkişaf proqramlarının tətbiqində təcrübə
Microsoft Office proqramlarında işləmək bacarığı
İnsan resursları və təşkilati inkişaf sahələrində beynəlxalq sertifikatlar üstünlükdür (SHRM-CP, SHRM-SCP, HRCI və s.)
Azərbaycan dili səlis; rus və ya ingilis dilləri sərbəst (üstünlük)