Cizgilərin yaradılması üçün CAD proqram təminatından istifadə etməklə yerində lazımi ölçüləri aparmaq;
Layihələrdə təfərrüatlı çertyojları və dizaynı hazırlamaq və onların təhlükəsizlik, ətraf mühit və funksional tələblərə uyğun olmasını təmin etmək;
Texniki layihələr, çertyojlarla məşğul olmaq, təkliflər vermək, tələb olduqda layihələr hazırlamaq;
Layihənin həyata keçirilməsində effektli ola biləcək şöbələrlə əlaqə saxlamaq;
Təmir və tikinti fəaliyyətlərinə nəzarət etmək, işin dizayn və spesifikasiyalara uyğun olaraq yerinə yetirilməsini təmin etmək, keyfiyyətə nəzarət və təhlükəsizliyə nəzarət etmək;
Layihə Menecerlərinə layihələrin dizayn və mühəndisliyi ilə dəstək vermək, icra mərhələlərində sahədə dəstək olmaq;
Layihələrdə mühəndis və / və ya nəzarətçi ekspert kimi iştirak etmək;
Layihə sahələrini və ya ərazilərini qiymətləndirmək, məlumat toplamaq və torpaq şəraitini və dayanıqlığını qiymətləndirmək, relyefi və hər hansı potensial ətraf mühit məsələlərini nəzərdən keçirmək;
Tabeçiliyində olub həyata keçirilən layihələrin gedişatı barəsində aylıq hesabat hazırlamaq;
Layihələrin təfsilatı ilə planlaşdırılması və müxtəlif qiymətləndirilməsini həyata keçirmək;
Layihələrin nəzərdə tutulduğu kimi vaxtında, keyfiyyətli, büdcə daxilində və ətraf mühitin tələbələrinə uyğun şəkildə tamamlanmasını təmin etmək;
Layihələrlə bağlı problemlər olduqda rəhbərliyə məlumat vermək;
Layihələrə başlanğıcdan sona qədər nəzarət etmək, resursları, büdcəni idarə etmək, podratçılar və digər mühəndislər daxil olmaqla müxtəlif komandalarla koordinasiya aparmaq;
Layihələrin yerli tikinti qaydalarına, qanunlarına və ətraf mühit tələblərinə uyğun olmasını təmin etmək;
Holcim ƏMTT öhdəliklərinin işçilər tərəfindən təmin olunmasına birbaşa məsuliyyət daşımaq, işin və ya iş yerinin təhlükəsizliyini təmin etmək;
Özü və ətrafındakı işçilər üçün təhlükəsiz iş mühiti yaratmaq məqsədilə şirkətin ƏMTT qaydaları haqqında tam məlumatı olmaq və ona əməl olunmasına ciddi riayət etmək.
Xüsusi tələblər
Texniki sahə üzrə ali təhsil; (Tikinti Mühəndisliyi);