Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə müşahidə prosesini həyata keçirmək;
Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədləri hazırlamaq;
Layihələrin təqvim üzrə planlamasını təmin etmək;
Tikintinin texniki-iqtisadi əsaslandırılması və layihənin spesifikasiyalarına uyğunluq baxımından elektrik və mexanika işləri ilə bağlı layihə sənədlərini (cizgilər, sxemlər, planlar) nəzərdən keçirmək;
İş yerinin ünvanı: Qubadlı;
Əmək haqqı: Razılaşma yolu ilə. (təhsil, iş stajı və iş bacarığı nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında müəyyən olunur.).
Xüsusi tələblər
Yaş həddi: 25-55;
İş stajı: Minimum 3 il stajı;
Elektrik və ya mexanika mühəndisliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi;
Elektrik və mexanik işləri və metodologiya üzrə sahədə təcrübə mütləqdir;
İnfrastruktur layihələrində təcrübə üstünlükdür;
Xərclərin hesablanması və məlumatların təhlili üçün MS Excel proqramında dərin biliyə malik olmaq şərtdir;
Layihələrin oxunması, AutoCAD və buna bənzər proqram təminatı üzrə biliklər;