Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC) L2 Analist

Bakı

Proxima Tech Solutions

Vakansiyanın detalları

Vakansiyanın təsviri

1. Təhlükəsizlik Monitorinqi və Təhlili

  • SIEM, EDR/XDR, IDS/IPS, firewall və digər sistemlərdən gələn xəbərdarlıqların (alert) analiz edilməsi və təsdiqlənməsi.
  • Təhlükələrə dair xəbərdarlıqların əlaqələndirilməsi, istifadəçi davranışının və təhdid məlumatlarının təhlili.
  • Malware, ransomware, imtiyazların sui-istifadəsi, lateral movement və məlumat sızması ilə əlaqəli hadisələrin araşdırılması.

2. Hadisəyə Cavab və Təhdidlərin Qarşısının Alınması

  • Zərərli hostların təcrid olunması, IOC-lərin bloklanması, oğurlanmış hesabların deaktiv edilməsi kimi ilkin tədbirlərin həyata keçirilməsi.
  • IT, şəbəkə və tətbiq komandaları ilə koordinasiyalı cavab tədbirləri.
  • Mürəkkəb insidentlərin L3 analitiklərə yönləndirilməsi və sənədləşdirilməsi.

3. Təhdid Axtarışı və Məlumatlandırma

  • SIEM sorğuları, EDR/XDR məlumatları və təhdid kəşfiyyatı vasitəsi ilə təhdid axtarışları.
  • MITRE ATT&CK və Kill Chain modellərinə əsaslanaraq anomaliyaların müəyyənləşdirilməsi.
  • Daxili və xarici mənbələrdən istifadə edərək IOC-ların zənginləşdirilməsi.

4. Alətlərin Tənzimlənməsi və Bilik Paylaşımı

  • SIEM qaydalarının təkmilləşdirilməsi və yalnış pozitivlərin azaldılması üçün rəy və tövsiyələr.
  • SOC sənədlərinin, runbook-ların və playbook-ların yenilənməsi.
  • L1 analitiklərin mentorluğu və təlim dəstəyi.

5. Əməkdaşlıq və Hesabatlıq

  • Hadisələrə dair hesabatların, xülasələrin və “öyrənilən dərslər” sənədlərinin hazırlanması.
  • Təhlükəsizlik komandaları və vendorlarla koordinasiyalı fəaliyyət.
  • Uyğunluq və audit hesabatlarının hazırlanmasına dəstək.

Xüsusi tələblər

  • SOC və ya təhlükəsizlik analiz sahəsində ən azı 2 il təcrübə.
  • Real təhlükələrin aşkarlanması və cavablandırılması sahəsində praktiki təcrübə.
  • Hibrid və bulud mühitlər (AWS, Azure) üzrə baza biliklər.
Texniki Bacarıqlar
  • SIEM və EDR/XDR platformalarında təcrübə.
  • Windows və Linux əməliyyat sistemləri, TCP/IP, DNS, HTTP/S, SMB və autentifikasiya protokolları barədə bilik.
  • MITRE ATT&CK və NIST IR çərçivələri üzrə anlayış.
  • PowerShell, Python və ya Bash kimi dillərlə skript yazmaq bacarığı üstünlükdür.
  • Təhlükəsizlik hadisələrinin korrelyasiyası, prioritetləşdirilməsi və eskalasiyası üzrə təcrübə.

Aşağıdakı sertifikatlardan və ya bənzər sertifikatlardan ən azı 2 və ya 3-ünə sahib olmaq tələb olunur:

  • CompTIA Security+
  • CompTIA CySA+ (Cybersecurity Analyst)
  • EC-Council Certified SOC Analyst (CSA)
  • EC-Council Certified Ethical Hacker (CEH)
  • Microsoft Certified: Security Operations Analyst Associate (SC-200)
  • Cisco CyberOps Associate
  • Palo Alto Networks Certified Cybersecurity Entry-level Technician (PCCET)
  • CrowdStrike Certified Falcon Responder (CCFR)
  • IBM QRadar Certified Analyst
  • Trellix Certified Security Analyst

Şəxsi Keyfiyyətlər

  • Güclü analiz və problem həll etmə bacarığı
  • Təzyiq altında soyuqqanlı və çevik qərarvermə qabiliyyəti
  • Yazılı və şifahi ünsiyyət bacarığı
  • Detallara diqqət yetirmək və təşəbbüskar olmaq
  • Komanda ilə işləmə bacarığı və davamlı öyrənmək istəyi

Dil Bilikləri:

  • Azərbaycan dili - məcburi
  • İngilis dili - məcburi
  • Rus dili – arzuolunandır
  • Təcrübəsi 2 ildən az olan namizədlər müsabiqəyə buraxılmır.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • 350 - 800 AZN

Premium
  • Yevlax

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız