Anbarlara malların hərəkətinə nəzarət olunması, açılan Sifarişlərin təqib olunması;
1C proqramında “Anbar” bölümünə aid bütün işlərin gündəlik yerinə yetirilməsi (yerdəyişmələr, inventarların uçotu, malların silinməsi, əsas vəsaitin uçotu, maya dəyərinin hesablanması və s.);
Hesab və elektron qaimə-fakturalarının yoxlanılması
Smetalarla işləmək, Forma 2`lərin tərtibində yaxından köməklik etmək, smeta (BOQ) üzrə materialların həcmindən nəzərdə tutulandan artıq və ya əskik istifadəsinə nəzarət və kənarlaşmaların aktlaşdırılması;
Layihələr üzrə daxili anbar hesabatlarının verilməsi (aylıq, illik);
Ay sonu anbarlar üzrə inventarizasiyaların təşkili, aparılması və aktlaşdırılması;
Lazım gəldikdə şirkətin rayonda olan layihələrinə ezam olunmaq, yerlərdəki anbarların sənədləşməsinə dəstək vermək;
Baş mühasibin verdiyi tapşırıqları yerinə yetirmək.
6 günlük iş rejimi, bazar günü istirahət
İş qrafki: saat 09:00-dan 17:00-na kimi ( Şənbə: 09:00 – 15:00 )
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin ediləcək
Azərbaycan Respublikası ƏM-nin qanunvericiliyinə əsasən sənədləşmə.
Xüsusi tələblər
Müvafiq sahə üzrə minimum 1-3 il iş təcrübəsi (əsasən tikinti sektorunda (MEP) təcrübəsi olanlara üstünlük veriləcək);
Microsoft Excel, Microsoft Word, 1C 8.3 proqramlarında sərbəst işləmək bacarığı;
Konfidensiallığı qoruyub saxlamaq bacarığı
Azərbaycan dili biliyi (Rus dili biliyi üstünlükdür);
Komanda ilə işləmə bacarığı;
Gərgin iş tempinə uyğunlaşa bilən;
Dəqiq, aktiv, çevik və işinə qarşı məsuliyyətli olmalı.