Sahə operatoru (əmtəə və texnoloji qurğu operatoru)

Bakı

SOCAR Downstream Management

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Texnoloji qurğunun/çənlərin və avadanlıqların işə salınması zamanı reqlamentə uyğun olaraq işləri yerinə yetirmək;
  • Qurğunun/çənlərin və avadanlıqların təmirə / işə buraxılması üçün hazırlanması və normal istismarına nəzarət etmək;
  • Cavabdeh olduğu sahənin aparat və avadanlıqların işinə vizual olaraq mütəmadi nəzarət etmək;
  • Cavabdeh olduğu sahənin çənlər, boru xətləri və boru elementləri- fləns, dirsək, siyirtmə, nəzarət ölçü klapanları, nasoslar, kompensatorlar və s. işinə nəzarət etmək;
  • Növbəni təhvil və təslim etmək;
  • Qurğudan/çənlərdən xammal, məhsul, su və s. nümunələri almaq;
  • Cavabdeh olduğu sahədə xam mal, məhsul, koks, kükürd və s. tanker, vagon və sisternlerin doldurma, boşaltma əməliyyatlarını həyata keçirmək, nəzarət etmək;Məsul olduğu sahədə qəza halları, bədbəxt və yanğın hadisələri baş verərsə vaxtında rəhbərinə məlumat vermək və qəza halların aradan qaldırılmasında iştirak etmək;
  • İş yerlərini təmiz, istehsalat sanitariyasının və gigiyenasının normalara uyğun saxlamaq, müəssisə daxili intizam qaydalarına riayət etmək, görülən işləri keyfiyyətlə yerinə yetirmək;
  • Qüsurlar cədvəli üçün bütün nasazlıqlar və çatışmazlıqların siyahıya alınmasında iştirak etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək;
  • Rəhbərlikdən gələn digər tapşırıq və göstərişlərin yerinə yetirmək.

Xüsusi tələblər

  • Minimum tam orta təhsil məzunu olmalı;
  • Analitik düşüncə qabiliyyəti;
  • Problem həll etmə bacarığı;
  • Komanda ilə işləmək bacarığı.

Oxşar vakansiyalar

Telegram kanalımız