Şirkətin Direktorunun iş gününün planlaşdırılması: görüşlər, səfərlər, müsahibələr, zənglər, qəbullar, korporativ tədbirlər və digər fəaliyyətlər üçün qrafikin hazırlanması və əlaqələndirilməsi;
Şirkətin Direktoru və onun tərəfindən verilən siyahıdaki şəxslər üçün səfərlərin və ezamiyyətlərin təşkili, ölkələrə giriş və çıxış qaydaları haqqında məlumatların verilməsi, viza dəstəyinin göstərilməsi, otellərin rezervasiyası, səyahət proqramları və s.;
Şirkətin direktoruna işlərin gedişi və planların icrası barədə mütəmadi olaraq məlumatların verilməsi;
Şirkətin Direktoru və işçiləri tərəfindən keçirilən iclasların, görüşlərin hazırlanması, təqdimatların hazırlanması, lazımi materialların toplanması, iştirakçıların vaxtı, yeri, gündəliyi barədə məlumatlandırılması;
İclasların, danışıqların gedişatını və nəticələrini qeyd edən protokolların və digər sənədlərin aparılması;
Rəhbərliklə əlaqəni koordinasiya etmək, o cümlədən zənglərə və e-poçtlara cavab vermək və müştərilərlə qarşılıqlı əlaqə yaratmaq;
Şirkətin daxili kommunikasiyasının inkişafını həyata keçirir, direktorun layihələri, xəbərləri və qərarları barədə işçiləri məlumatlandırır;
Məlumat toplayır, analitik, informasiya, arayış və digər hesabatları hazırlayır və rəhbərliyə təqdim edir;
Ofisə gələnləri qarşılamaq, biznesin mahiyyətini öyrənmək və müvafiq şəxslərə yönləndirmək;
Şirkətin struktur bölmələrinə yüksək keyfiyyətli inzibati və texniki dəstəyin göstərilməsi;
Ofis işçilərinə ofis ləvazimatlarının, həmçinin Şirkətin Direktoruna lazım olan ərzaq məhsullarının sifarişini vermək, onların mövcudluğuna və vaxtında alınmasına nəzarət etmək;
Ofis avadanlıqlarının sifarişi və vaxtında təmiri, printerlərin doldurulması;
Tərəfdaşlara və işçilərə işgüzar məktubların tərtib edilməsi, məktubların, bağlamaların və digər sənədlərin qəbulu və göndərilməsi, çap və surət işlərinin yerinə yetirilməsi;
Sənədlərin qəbulu və qeydiyyatı, məlumat və arayış xidmətləri və sənədli məlumatların saxlanması;
Korporativ tədbirlərin təşkilində və keçirilməsində köməklik;
Sərgilər üçün sənədləşdirmə, dizayn, reklam materiallarının təşkili;
İşçilərin dövriyəsinə nəzarət və vaxt cədvəllərinin yoxlanılması;
Xüsusi tələblər
Ali təhsil;
Analoji vəzifədə minimum 2 il iş stajı;
MS Office programını yaxşı bilmək;
Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
Yüksək təşkilatçılıq bacarıqları;
Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
Analitik düşünmə bacarığı və problemin həllinə sistemli yanaşma yönümlüyü.