Maliyyə monitorinqi üzrə baş mütəxəssis (Risklərin idarə edilməsi)

Bakı

Azərpoçt

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • ƏL/TMM Qanundan irəli gələn hesabatların hazırlanması
  • Maliyyə əməliyyatların monitorinqi, şübhəli və qeyri-adi əməliyyatların aşkarlanması və təhlil edilməsi;
  • Nəzarət orqanı və digər dövlət orqanları tərəfindən daxil olan sorğuların cavablandırılması;
  • Filial və digər daxili strukturlar tərəfindən daxil olan sorğuların cavablandırılması;
  • Müxbir əlaqələr üzrə ƏL/TMM sahəsinə dair məlumatların toplanması, mübadiləsi və təhlil edilməsi;
  • ƏL/TMM üzrə Siyasət və prosedurların effektiv icrasını təmin etmək və əməkdaşlara təlimlər keçmək;
  • Yüksək riskli müştərilərə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu aparmaq;
  • ƏL/TMM üzrə risk qiymətləndirməni aparmaq və nəticələri barədə Məsul şəxsi məlumatlandırmaq;
  • ƏL/TMM qanunvericiliyinə görə ssenarilərin yaradılması və optimallaşması;
  • ƏL/TMM Qanundan irəli gələn digər məsələlərin həyata keçirilməsi;
  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma; 
  • Bazar rəqabətli əmək haqqı; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Xüsusi tələblər

  • Minimum 3 il iş təcrübəsi olan (Maliyyə, Bank əməliyyatları, AML və Komplayens sahələri üzrə olunması arzu olunandır);
  • AML və Komplayens üzrə beynəlxalq sertifikat (arzu olunandır)
  • Yüksək səviyyədə MS Excel bilikləri
  • Komandada işləmək bacarığı
  • Təqdimat və ünsiyyət bacarığı
  • Yüksək səviyyədə analitik düşüncə qabiliyyəti
  • Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, Rus dili və İngilis dili - orta səviyyədə.
  • Sürətli öyrənmə qabiliyyəti


Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Maliyyə monitorinqi üzrə baş mütəxəssis” qeyd etməklə CV-lərini [email protected] ünvanına göndərə bilərlər. 


Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız