Əmək haqqı üzrə mühasib

Bakı

Sağlam Ailə

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
  • Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, son haqq-hesab və digər ödənişlərin hesablanması;
  • Vahid vergi bəyannaməsinin hazırlanması və təqdim olunması;
  • Mükafatlar və bonusların düzgün hesablanması və yoxlanılması;
  • Ezamiyyə haqlarının hesablanması və yoxlanması;
  • DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sisteminə işlənməsi;
  • Muzdlu işlə əlaqədar vahid bəyannamənin hazırlanması və təqdim olunması;
  • Aylıq və illik statistik hesabatların təqdim edilməsi;
  • İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həlli;
  • Konfidensial sənədlərlə işləmə, mükafat və müvafiq digər əmrlərin hazırlanması;
  • İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
  • Dövlət qurumları tərəfindən tələb olunan müvafiq sənədlərin hazırlanması, təqdim olunması və sualların cavablandırılması;
  • Proqram təminatında əmək haqqı modulunun qurulmasında yaxından iştirak edilməsi;
  • Rəhbərliyin verilən aidiyyəti üzrə digər tapşırıqların yerinə yetirilməsi və müvafiq hesabatların təqdim edilməsi.

Xüsusi tələblər

  • Mühasibatlıq, iqtisadiyyat və ya digər əlaqəli sahələr üzrə ali təhsil;
  • Analoji sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Elektron portallarda işləmək bacarığı (e-gov, emas, stat.gov.az, e-taxes və s.);
  • MS Office proqramında işləmək bacarığı (Excel bilikləri yaxşı səviyyədə);
  • Azərbaycan Respublikasının Əmək və Vergi Məcəllələrini yüksək səviyyədə bilməli;
  • Deadline-larla işləməyi bacarmalı və verilən tapşırıqları vaxtında icra etməlidir;
  • Analitik düşüncə və roblemləri həll etmə bacarığı ;
  • Məsuliyyətli, diqqətli, komandada işləmə bacarığı
Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız