Kateqoriya Meneceri — Mom & Kids

Bakı

Competo (Umico)

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • "Uşaq məhsulları" kateqoriyasının inkişaf strategiyasını hazırlamaq (geyim, ayaqqabı, oyuncaqlar, qida, gigiyena, avtomobil kresloları, beşil və s.);
  • Məqsədli auditoriyanın (valideynlər, müxtəlif yaş qruplarındakı uşaqlar, körpələr və s.) ehtiyaclarını nəzərə alaraq assortiment matrisini qurmaq;
  • Bazar və tələbatı analiz etmək;
  • Məhsul çeşidinin qiymət seqmentləri, yaş qrupları və funksionallıq üzrə balanslaşdırılmasını və tamlığını təmin etmək;
  • Təchizatçılar və əsas tərəfdaşlarla əməkdaşlıq qurmaq, müqavilələr bağlamaq, danışıqlar aparmaq, əməkdaşlıq şərtlərini razılaşdırmaq: qiymətlər, endirimlər, marjanlıq;
  • Kateqoriyanı inkişaf etdirmək və əsas göstəriciləri yaxşılaşdırmaq: GMV, marjanlıq, dövriyyə və s.;
  • Promosyon kampaniyalarını təşkil etmək, promosyon təqvimi yaratmaq, xüsusi təkliflər üçün məhsul seçimi etmək;
  • Məhsul kartlarının vizual və mətn tərkibini yaxşılaşdırmaq;
  • İş qrafiki: 5/2;
  • Bakı mərkəzində müasir ofis (Üzeyir Hacıbəyov küç., 57);
  • Tibbi sığorta;
  • PAŞA Holdinqin DəyərliSən loyallıq sisteminə daxil olma imkanı;
  • İnisiyativin qiymətləndiriləcəyi və məlumatların önəmli olduğu komandada işləmək.

Xüsusi tələblər

  • Minimum 3 il əlaqəli iş təcrübəsi;
  • Uşaq məhsulları bazarını və tənzimlənən məhsul xətləri barədə yaxşı biliklər;
  • Analitik bacarıqlar və Excel, BI sistemləri ilə işləmə bilikləri;
  • Elektron ticarət prosesləri və alətləri haqqında əsas biliklər;
  • Təchizatçılarla danışıqlar aparmaq və müqavilələri idarə etmək təcrübəsi;
  • Marketinq, iqtisadiyyat, menecment və ya oxşar sahələr üzrə bakalavr təhsili;
  • Yaxşı ünsiyyət bacarıqları, təchizatçılarla uzunmüddətli münasibətlər qurma bacarığı;
  • İngilis və ya rus dillərindən birində yaxşı səviyyədə bilik.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Yevlax

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • 350 - 800 AZN

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız