SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
Planlaşdırılmış təmir işləri üçün təqdim edilmiş iş həcmlərinin sahədə yoxlanması və ətraflı hesabatın hazırlanması;
Planlaşdırılmış təmir işləri üçün təqdim edilmiş iş həcmlərinin uyğun olaraq iş addımlarının (iş planını) sahə komandası ilə birlikdə hazırlanması;
Standart işlər üçün iş addımı (iş planı) formatının hazırlanması və mütamadi olaraq yenilənməsinin təmin etməsi;
İş addımlarına uyğun olaraq sahə komandası ilə birlikdə tələb olunan mal – material siyahısının hazırlanması;
Sahədən təqdim edilmiş “ iş metodu” üçün lazım olduqda iş addəmlarının (iş planının) hazırlanması;
İş prosesləri zamanı işin gedişatına nəzarət etmək və görüləcək işlərin plana uyğunluğunu təmin etmək;
Təmirə hazırlıq və təmir zamanı sahədə işin gedişatının proqresini toplamaq və sistəmə daxil etmək;
Təmirin sonunda planlaşdırılan və rellaşan iş həcmlərini analız edib uyğunsuzluqlar barəsində rəhbərinə məlumat vermək;
Təmir işləri ilə əlaqədar günlük, həftəlik və aylıq hesabatlar hazırlamaq;
SAP proqramında iş bildiriş və iş sifariş yaradılmasını bilmək. İş addımlarını ( iş planını) SAP PM moduluna işləmək;
Əlavə çıxan işlər üçün iş addımlarının yazılması və SAP PM moduluna əlavə edilməsi;
Tamamlanmış işlərin SAP PM modulunda iş sifariş formasının bağlanmasını təmin etmək;
Cavabdeh olduğu İşlərin gedişatı haqqında rəhbərinə hesabatlar hazırlamaq və məlumatlandırmaq;
Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daima özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə işləmək;
İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək.
Xüsusi tələblər
Müvafiq sahə üzrə texniki təhsil (peşə, orta-ixtisas və s.);
Sənayedə mexaniki təmir və təmirin planlaşdırma sahəsində 2 il iş təcrübəsi olmalı;
Yoxlanışlar aparmaq üçün, hündürlükdə işləmək bacarığı və fiziki olaraq tam sağlam olmalı;
Yoxlanışlar aparmaq üçün, qapalı sahələrdə işləmək bacarığı və təcrübəsi olmalı;
Müxtəlif növ mexaniki avadanlıqların təmiri və təftişi haqqında bilikləri olmalı;
Mexaniki cizgiləri oxuma bacarığı;
MS Office, Adobe Acrobat reader proqrmalarında işləmək bacarığı;