SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi;
Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda növbəli iş rejimində işləmək;
Qəza duruşlarında Təmirə dəstək işlərinə aid nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması;
Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
İşlədiyi struktur bölmələrdə bütün avadanlıqların təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq;
Ağırçəkili detal və ya materialların qaldırılması üçün qaldırıcı mexanizmlərdən istifadə edilməsi;
Dəliyaçan dəzgahlara və frez dəzgafına texniki xidmət göstərilməsi;
Dəzgahın təmirində iştirak etmək;
Frez alətlərinin itiləyici dəzgahda itilənməsi;
Universal, müxtəlif tipli və konstruksiyalı kopirləyən və uzununa frezerləyən dəzgahlarda bir neçə səthlərdə kombinasiyalı bərkitməni və dəqiq yoxlamanı tələb edən mürəkkəb məsul detalların və alətlərin 6-7-ci kvalitetlər (2-ci dəqiqlik dərəcəsi) üzrə frezerlənməsi;
Emal etmək və ölçmək üçün çətin əl çatan yerləri olan mürəkkəb konfiqurasiyalı ştampların, pres-qəliblərin, matrislərin xarici və daxili səthlərinin frezerlənməsi.
Xüsusi tələblər
Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
Orta ixtisas təhsilli (Frezerçi);
Torna emalatxanasında dinamik,statik və armaturların təmirinin ən müasir həll yollarını bilməli,səmərəli iş və metod tətbiq etməlidir;
İşin spesifikasiyasına uyğun alət və tərtibatlardan düzgün və səmərəli istifadə etməlidir;
Hazırlanacaq detalın cizgisini (eskizini), çertyojunu və ya nümunəsini incələmək;
İşə uyğun dəzgahı, kəski, frez, ölçü alətini və tərtibatı seçmək və tələb olunan əlavə alətlərin alətxanadan alınmasını təmin etmək;
Dəzgahı elektrik şəbəkəsinə qoşmaq, hazırlanacaq detalı dəzgaha bərkitmək;
Dəzgahı işə salmaq, işə uyğun tənzimləmək, çizgi çertyoj və ya nümunəyə uyğun olaraq detalı hazırlamaq;
İş tamamlandıqdan sonra dəzgahı dayandırmaq, detalı dəzgah masasından ayırmaq və dəzgahı şəbəkədən ayırmaq;
Hazırlanmış detalı iş masasına yerləşdirmək, emal nəticəsində detalın üzərində əmələ gəlmiş metal qırıntıları yeyə ilə təmizləmək və hazır detalı ustaya təhvil vermək.