Sektorun işçiləri arasında vəzifə bölgüsünü aparmaq, daxil olan müraciət və sənədlərin bölüşdürülməsini, cavablandırılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək
Nazirliyin Aparatı üzrə maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini və hesabatların vaxtında təqdim edilməsini təşkil etmək
Mədaxil və məxaric əməliyyatlarının, istehsal dövriyyəsi və xərclərin, maliyyə və kredit əməliyyatlarının uçotunu aparmaq
Məhsulun, iş və xidmətlərin maya dəyərinin hesabatlarını hazırlamaq, əmək haqqı, vergi və sosial ayırmaların düzgün tərtibini və icrasını təmin etmək
İlkin mühasibat sənədlərinin, əmək haqqı fondunun xərclənməsi, əsas fondların və qiymətlərin inventarizasiyasına nəzarət etmək
Maliyyə intizamına əməl olunmasına, xərclərin və borcların düzgün uçotuna nəzarət etmək
Mühasibat sənədlərinin arxivləşdirilməsini təşkil etmək
Şöbənin fəaliyyəti ilə bağlı Nazirlikdəki komissiyalar, işçi qruplar və ezamiyyətlərdə şöbəni təmsil etmək
Sənədlərin aidiyyəti üzrə və ya arxivə düzgün təhvil verilməsinə nəzarət etmək
Şöbə müdirinə arayışlar, məlumatlar, hesabatlar təqdim etmək və görülmüş işlərə dair plan və təkliflər vermək
Nazirliyin Kollegiyasında müzakirə ediləcək məsələlərə dair təkliflər hazırlamaq
Rəhbərliyin digər tapşırıqlarını və qanunvericiliyə uyğun digər vəzifələri icra etmək
Xüsusi tələblər
Ali təhsil (maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində)
Minimum 5 il mühasibatlıq sahəsində iş təcrübəsi (2 ili rəhbər vəzifədə olmaqla)
PMS (Peşəkar Mühasibat Sertifikatı) — mütləq tələbdir
Mühasibat uçotu, vergi və maliyyə qanunvericiliyinə dərindən bələdlik
1C və digər mühasibat proqramlarında yüksək səviyyədə işləmək bacarığı
Analitik düşüncə, dəqiqlik və məsuliyyətlilik
Dövlət sektorunda təcrübəyə və əlavə beynəlxalq sertifikatlara (ACCA, CPA və s.) malik olmaq üstünlükdür