İstehsalatda avadanlıqların işinin tənzimlənməsini həyata keçirmək, mütəmadi olaraq istehsal olunan malların keyfiyyət standartlarına uyğun istehsal olunmasına nəzarət etmək;
Gündəlik istehsal olunacaq sifarişlərin istehsal prosesini başlatmaq və nəzarət etmək;
İstehsal avadanlıqlarının texniki istismar qaydalarına uyğun işləməsinə nəzarət, dəzgahlarda yaranan texnoloji problemləri dərhal aydınlaşdırmaq, yaranan problemlərin operativ həll edilməsi üçün istehsal mühəndisinə və növbə rəisinə məlumat vermək;
İstehsalat zamanı müəyyən edilmiş məhsul istehsalına, məhsulun keyfiyyətinin qüvvədə olan norma və standartların tələblərinə cavab verilməsinə nəzarət etmək
İş vaxtı: 9:00-dan 18:00-dək;
İstirahət günləri: şənbə, bazar;
İş yeri - Gəncə şəhəri.
Xüsusi tələblər
Cins: kişi;
Yaş: 25-35;
Azərbaycan dili-səlis;
Rus dili arzuolunandır;
Türk dili arzuolunandır;
Kompüter biliyi: MS Office (Word, Excel);
Ali (Kimya mühəndisi, Kimya üzrə təhsil alanlar),Orta ixtisas təhsili;
Mexaniki-texniki bilik və bacarıqları olmalı;
Texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğına qarşı mühafizə üzrə qaydaları bilməli;
Komandada işləməyi bacarmalı, müəssisənin daxili nizam-intizam qaydalarına əməl etməlidir;
Hərbi xidmətdə olmuş;
ISO 9001(Keyfiyyət idarəetmə sistemi), OHSAS 18001(Əməyin təhlükəsizliyi və mühafizəsi idarəetmə sistemi), ISO 14001 (Ətraf mühitin təhlükəsizliyininidarəetmə sistemi) beynalxalq standartları barədə ümumi məlumatı;
Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə təlimatı;
Daxili nizam-intizam qaydalarının tələbini, yanğın təhlükəsizliyi qaydalarını, istehsalat mədəniyyətini və s;
Texnoloji təlimatı, hal-hazırda işlədilən norma və digər normaları;
Avadanlıqların yerləşməsi və ondan düzgün istifadə qaydalarını.