Zəif axıntı üzrə mütəxəssis

Bakı

Rabalon Azerbaijan

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Zəif axın sistemləri (CCTV, SKS, Access Control System, TV system, İnternet xidməti) ilə bağlı texniki tapşırıqların hazırlanması;
  • Fiber və Copper kabelləşməsi üzrə texniki tapşırıqların hazırlanması;
  • Layihələrin Zəif axın sistemləri hissəsinin bütünlükdə koordinasiya edilməsi və statusu haqqında hesabatların verilməsi, o cümlədən aylıq hesabatların hazırlanması;
  • Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərinin təhlil edilməsi;
  • Layihə şirkətinin təqdim etdiyi zəif axın sistemləri üzrə layihələrin Zəif axın hissəsinin standartlara uyğunluğunun, sistemin tam şəkildə işləkliyinin yoxlanması və aşkar olunan problemli sahələrin aidiyyatı üzrə bildirilməsi;
  • Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışlarının keçirilməsi;
  • Layihələrin Zəif axın sistemləri üçün seçilən avadanlıqların düzgünlüyünün yoxlanılması və layihəçi ilə sistemlərin təhlilinin aparılması;
  • Zəif axın işlərinə aid sistemlər üçün tender sənədlərinin hazırlanmasında dəstək göstərilməsi, şirkətlərdən gələn təkliflərin texniki dəyərləndirilməsində iştirak edilməsi;
  • İş qrafikinin və standartların razılaşdırılması, layihə boyunca nəzarətdə saxlanılması;
  • Rəhbərliyə və komandaya layihədəki yeniliklərlə bağlı daimi məlumat verilməsi;
  • Layihə bitdikdən sonra yekun hesabatın hazırlanması;
  • Layihə üzrə mobilizasiya ofislərinin Zəif axın xidmətlərilə təmin olunması və texniki dəstəyin göstərilməsi;
  • Zəif axın sistemlərinə cəlb olunan yeni əməkdaşların peşəkar inkişafına dəstək olunması;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlərin yerinə yetirilməsi.

Xüsusi tələblər

  • Ali təhsil: Müvafiq sahə üzrə ali təhsil/hərbi xidmət keçmiş;
  • İş təcrübəsi : İKT sahəsində azı 3 il, zəif axın sistemləri ilə azı 3 il iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili– yaxşı;
  • Kompüter bacarıqları: MS Office, AutoCAD proqramında işləmək bacarığı, Visio və MS Project biliyi arzuolunandır;
  • Şəbəkə ilə bağlı biliklərin olması – VLAN, Switching
  • Strukturlaşdırılmış kabel sistemlərini və standartları yüksək səviyyədə bilmək;
  • IP, CCTV, Access Control, SKS layihələndirilməsini və şəbəkə infrastrukturunu bilmək;

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız