Daxili satınalma şöbəsinin müdiri

Bakı

RAM Holding

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Satınalma əməliyyatlarının planlaşdırılması, istiqamətləndirilməsi, icraatına nəzarət olunması;
  • Sifarişlərin uçotunun düzgün aparılması, vaxtında və keyfiyyətli icrasının təmin edilməsi;
  • Tədarükçülərlə əlaqələrin qurulması, danışıqların aparılması, endirimlərin alınması və s. kommunikasiya fəaliyyətlərinin icra edilməsi;
  • Tədarükçü siyahısının və məlumat bazasının yaradılması, mütəmadi yenilənməsinin təmin olunması;
  • Sifariş növlərinə görə əməkdaşlar arasında vəzifə bölgüsünün aparılması və sifarişlərin bölüşdürülməsi;
  • Sifarişçi şikayətlərinin araşdırılması, həlli və onlara keyfiyyətli xidmətin təmin edilməsi;
  • Müqayisə cədvəlləri (Bids Summary) əsasında uyğun tədarükçülərin seçilməsi;
  • Sifarişlərin vaxtında, ən münasib qiymətlə və ən uyğun keyfiyyətdə satınalınaraq sifarişçiyə çatdırılmasının təmin edilməsi;
  • Sifariş olunan malları mütəmadi araşdıraraq daha münasib şərtlərlə əldə olunması üçün yeni tədarükçülərin cəlb olunmasının təşviq edilməsi;
  • İri həcmli və mütəmadi sifariş olunan mallarla bağlı tenderlər təşkil edərək, daha münasib şərtlərlə satınalma prosesinin optimallaşdırılması;
  • Tədarükçülərlə müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinin təmin edilməsi;
  • Satınalma prosesində baş verə biləcək risklərin və uyğunsuzların idarə edilməsi və həll yollarının tapılması üzrə təkliflərin rəhbərliyə təqdim edilməsi;
  • Bölmənin idarəedilməsi, əməkdaşların sayı və funksiyaları barədə təkliflərin verilməsi, seçilməsi, strukturun yenidən qurulmasında iştirak edilməsi;
  • Bölmənin əməkdaşlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün addımların atılması;
  • Bölmənin fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və Baş Direktora təqdim edilməsi;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • Servis xidməti;
  • Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).  

Xüsusi tələblər

  • Ali təhsil; 
  • Müvafiq sahə üzrə 5 il iş təcrübəsi(rəhbər olaraq 1-3 il);
  • Azərbaycan dili səlis, rus dili və ya ingilis dili əla səviyyədə;
  • MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

Telegram kanalımız