Qida və içki bölməsinin gündəlik fəaliyyətinə nəzarət edərək yüksək xidmət standartlarının və keyfiyyətin təmin olunması;
Komanda işinin effektiv təşkilinə dəstək olmaq, əməkdaşları nəzarətdə saxlamaq, onların təlim və inkişafına yardım edərək motivasiyalı və əməkdaşlıq yönümlü iş mühiti yaratmaq;
F&B menecerinə maliyyə hədəflərinə çatmaqda, israfın azaldılmasında və resursların səmərəli istifadəsində dəstək göstərmək;
Qonaqlar üçün unudulmaz yemək təcrübələri yaratmaq məqsədilə mətbəx və tədbirlər komandaları ilə sıx əməkdaşlıq etmək;
F&B əməliyyatları çərçivəsində sağlamlıq, təhlükəsizlik və gigiyena qaydalarına tam uyğunluğu təmin etmək;
Qonaq rəylərini izləmək və onlara cavab verərək xidmət keyfiyyətinin və ümumi təcrübənin davamlı inkişafını təmin etmək;
Anbar ehtiyatlarına və inventar idarəçiliyinə nəzarət edərək fəaliyyətlərin səmərəliliyini qorumaq;
Əla müştəri xidməti göstərməkdə nümunə olmaq və pozitiv komanda mədəniyyətini təşviq etmək;
Qonaq məmnuniyyətini və gəliri artırmaq məqsədilə keçirilən promosyon kampaniyaları və xüsusi tədbirlərdə fəal iştirak etmək;
Xidmət keyfiyyətində ahəngdarlığı və yüksək səviyyəni qorumaq üçün müntəzəm komanda görüşləri keçirmək.
Xüsusi tələblər
Qonaqpərvərlik sənayesində təcrübənin olması vacibdir;
İngilis və Rus dillərində orta səviyyədə bilməlidir;
Güclü ünsiyyət bacarıqları, problem həll etmə qabiliyyəti və nümunəvi liderlik xüsusiyyətləri tələb olunur;
Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.