Satış üzrə kiçik mütəxəssis

Bakı

RMES LOGISTICS MMC

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • İdxal və İxrac əməliyyatları üzrə Koorporativ və potensial müştərilərlə müqavilələrin bağlanması üçün  əlaqələrin qurulması,logistika xidməti üzrə satışın aparılması və görüşlərin təşkil edilməsi
  • Mövcud müştərilərlə danışıqların aparılması, məhsul və xidmətlər barəsində müştərilərin məlumatlandırılması
  • Elektron maillər vasitəsilə şirkət siyasətinə uyğun qaydada yazışmalar aparmaq və daxil olan sorğuları cavablandırmaq;
  • Təklifin izlənilməsi və müştəri ilə razılaşdırılması
  • Gün ərzində keçirdiyi görüşlər və danışıqlar barədə qeydlərin aparılması və hesabatlar hazırlaması
  • İdxal və ixrac zamanı yük sənədlərinin (İnvoice, Pack list, CoO, CMR, Müqavilə və s.) yoxlanılması və mühasibatlığa yönəldilməsi;
  • İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirilməsi


İş qrafiki

  • İş qrafiki: 09:00 – 17:00 / nahar fasiləsi 13:00 – 14:00;
  • İstirahət günləri: şənbə və bazar;
  • Iş yerinin ünvanı: Bakı şəhəri, Rəşid İsmayılov, Biləcəri 5a
  • Əmək haqqı:2 aylıq  təcrübə müddəti ( Təcrübəsiz namizədlər üzrə) uğurlu bitdikdən sonra 500AZN+ bonus. 

Xüsusi tələblər

  • 21-28 yaş aralığında olan namizədlər
  • Ali təhsil ( Nəqliyyat və logistika üzrə  ali təhsil arzu olunandır)
  • Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı),
  • MS office proqramlarında iş bacarığı
  • Müştəri yönümlülük, təqdimetmə və satış bacarığı
  • Səliqəli görünüş, düzgün danışıq qabiliyyəti və inandırmaq bacarığı
  • Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
  • Davamlı olaraq nəticələr əldə etmək və şirkətlə birlikdə inkişaf həvəsi


Göstərilən tələblərə cavab verən xanım namizədlərdən CV-lərini məktubun mövzu hissəsində "Satış üzrə kiçik mütəxəssis” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. *Məlumat: Təhsili davam edən namizədlərin  cv-ləri nəzərə alınmayacaq.

Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Bakı

  • Razılaşma yolu ilə

Premium
  • Yevlax

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • 350 - 800 AZN

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız