Tarix müəllimi

Qarabağ

Qarabağ Universiteti

Vakansiyanın detalları

Vakansiyanın təsviri

Qarabağ Universiteti 2025-2026-cı tədris ili üçün “Azərbaycan tarixi”, “Dünya tarixi” və “Etnoqrafiyanın əsasları” istiqamətləri üzrə müəllim vakansiyalarına işə qəbul elan edir

• fənn sillabuslarının hazırlanması;
• tədris prosesi ilə bağlı tədris-metodiki vəsaitlərin hazırlanması;
• bakalavriat səviyyəsində dərs yükünə uyğun fənlərin tədrisi;
• elmi tədqiqatların aparılması və nəticələrinin elmi jurnallarda dərc edilməsi;
• təhsil alanların biliyinin qiymətləndirilməsində iştirak;
• rəqəmsal bacarıqların tətbiqi;
• tədris prosesindən əlavə, Universitetin sosial-ictimai və təhsil məsələləri ilə bağlı tədbirlərin təşkilində aktiv iştirak;
• müvafiq istiqamət üzrə kafedranın fəaliyyətinə dair təkliflərin hazırlanması.

Xüsusi tələblər

• Tarix sahəsində magistr dərəcəsi mütləqdir (doktorantura və ya elmi dərəcəyə sahib olmaq üstünlük hesab edilir);
• ali təhsil müəssisələrində müvafiq istiqamət üzrə minimum 2 il elmi-pedaqoji iş təcrübəsi (doktorantura təhsili olanlar istisna olmaqla);
• tədqiqat bacarığı;
• Azərbaycan dilində sərbəst yazı və danışıq bacarıqları;
• minimum B2 səviyyəsində ingilis dili bilikləri;
• tədris prosesində İKT və süni intellektin imkanlarından istifadə bacarıqları;
• tələbəyönümlü və səriştəəsaslı tədris yanaşmalarından istifadə bacarıqları;
• yüksək kommunikasiya bacarığı;
• liderlik və idarəetmə bacarıqları;
• ali məktəb pedaqogikası və psixologiyasına, tələbələrlə davranış qaydaları və psixoloji işin təşkilinə dair biliklər.
Qeyd: Dünya tarixi fənninin tədrisi üçün ingilis dili biliyi mütləqdir.


Tələb olunan sənədlər:

  • tərcümeyi-hal;
  • ali təhsili təsdiq edən sənədlərin surəti və akademik transkript;
  • dərc olunmuş elmi məqalələrin siyahısı (əgər varsa);
  • müşayiətedici məktub (motivasiya, proqramlarla bağlı baxış – maksimum 500 söz).

Qeyd 1: universitetdə daimi əsaslarla işləyən əməkdaşlar Xankəndi şəhərində işlədikləri müddətdə mənzillə təmin olunacaqlar.
Qeyd 2: məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının (nümunə: Cinayət-Prosessual Hüquq istiqaməti üzrə müəllim) qeyd edilməsi vacibdir.Bildiririk ki,yalnız müvafiq vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Müraciət üçün son tarix: 16 may 2025-ci il
Elektron poçt ünvanı: [email protected]


Müraciət etmək üçün: [email protected]

Oxşar vakansiyalar

  • Yevlax

  • 800 - 1000 AZN

Premium
 
  • Bakı

  • 350 - 800 AZN

Premium
  • Bakı

  • Razılaşma yolu ilə

Premium
 
  • Bakı

  • Razılaşma yolu ilə

Telegram kanalımız